Page 549 - 1-ci cild
P. 549
Êøèøòîô Õîèíñêè
biri olacaqsan, ağciyərlik elədin – olacaqsan bir heçlik. Sənin
üçün orta yol yoxdu. Gərək ya o tərəfin, ya da bu tərəfin
qapazaltısı olasan.
Zirək (gülür). Səni də, deyəsən, xarab eləyib axı bunlar? Bu
nə fəlsəfəbazlıqdı?
Çəp. Bəlkə, mənim xətrim belə istəyir?
Zirək. Yaxşı, yaxşı, elə-belə deyirəm…
Fotoqraf (Marekə). Cavan oğlan, bax məndən nümunə
götürün. Mənim işim, əslində, bir o qədər də maraqlı deyil. Mən
adamların sifətini çəkirəm: arıqları da var, kökləri də, cavanları
da olur, qocaları da, gözəlləri də olur, çirkinləri də. Bəzən
görürsən ki, gülürlər üzümə, bəzən də söyürlər. Amma susuram.
Şəkillərini çəkirəm dinməzcə. Özüm də heç çalışmıram ki,
adamları düz yola gətirim. Nəyimə lazımdı, maraqlandırmır məni
onlar… Şəkillərini çəkirəm, həyatım sakit keçir, bu, elə bəsimdi.
İstəmirəm ki, rahatlığım pozulsun. Adam da o vaxt rahat olur ki,
susur, dinmir.
Marek. Sizin, sadəcə olaraq, insanlardan zəhləniz gedir.
Fotoqraf. Yox. Mən, sadəcə olaraq, insanları tanıyıram.
Buna görə də bir umacağım yoxdu onlardan.
Yaşlı adam. Haqlı deyilsiz. Bunlar əclaf deyil, başları
havalıdı. Gic də deyillər. Bax o Çəpgözə fikir verirsiniz, savadlı,
təhsil görmüş adamlar kimi danışır. Çalışacağam onunla bir
söhbət edim. Tamamilə itirilmiş, pis adam yoxdu dünyada,
hamının ürəyində, heç olmasa, bir damcı xeyirxahlıq tapmaq
mümkündü.
Fotoqraf. Necə dediniz? Tamamilə itirilmiş… Bir damcı
xeyirxahlıq?.. Ola bilər… (Gülməyə başlayır.) Tamamilə itirilmiş,
pis adamlar yoxdu? Hə, yoxdu, əzizim, yoxdu! (Daha da bərkdən
gülməyə başlayır.) Bəli, yoxdu! Bravo! Bravo!
Yaşlı adam. Xahiş edirəm, sakit olun.
Fotoqraf. Mümkün deyil!
Yaşlı adam. Mən tələb edirəm!
Fotoqraf. Hə, tələb edirsiz? Bəlkə, protest edirsiz? Bravo!
Bravo!
549