Page 545 - 1-ci cild
P. 545
Êøèøòîô Õîèíñêè

İnspektor. And içirəm ki, mənim vicdanım təmizdi.
Zirək. Təmizdi, ya təmiz deyil, özün bilərsən, amma nəsə
bir iş tutmusan sən!
Gonbul. Yüz faiz!
Zirək. Bəlkə, biz sənin xoşuna gəlmirik, ona görə belə
qaşqabağını tökmüsən?
İnspektor (az qalır ağlasın). Vallah, siz mənim xoşuma
gəlirsiniz, özüm də heç nə eləməmişəm, qaşqabağımı da
tökməmişəm.
Zirək. Yox, düz demirsən…
Gonbul. Bəlkə, bir dənə ilişdirim buna? Avans kimi, hə?
Zirək. Pis olmaz. Səfeh-səfeh fikirləri çıxar başından.
İnspektor. Dostlar, vicdanım haqqı, mənim pis bir fikrim
olmayıb, yoxdu və olmayacaq. Nə istəyirsiniz axı məndən?
Gonbul. Belə. Pis bir şey fikirləşmirsən. Biz də sənin xo-
şuna gəlirik. Yaxşı, bəs niyə qaşqabaqlısan?
İnspektor. Mən? Siz nə danışırsınız? Mənim kefim kökdü,
amma sifətimdən bilinmir.
Gonbul. Niyə bilinmir, əzizim?
İnspektor. Bilmirəm… Yəqin, sifətim belədi də…
Zirək. Aldadırsan bizi. Kefikök adam gülümsəyər.
İnspektor. Mən gülümsəyirəm də, hiss olunmur? (Yazıq-
yazıq ağzını əyir.)
Gonbul. Əcəb gülümsəməkdi.
Zirək. Hiss olunur ki, bizi görməyə gözü yoxdu. Əlindən
gəlsəydi, birtəhər eləyərdi bizi.
İnspektor (cəhdlə). Yox! Yox! Mənim heç ağlıma da gəlməz
belə şey!
Zirək. Amma bizim ağlımıza gəlir. (Gonbula.) Necə
bilirsən? Bunu düzəldib adam eləyək, yoxsa yox?
Gonbul. Mütləq. Qaşqabaqlı adamlar məni lap əsəbiləşdirir.
İnspektor (böyük bir cidd-cəhdlə gülməyə çalışır). Mən
qaşqabaqlı deyiləm! Baxın! Baxın! (Qızdırmalı kimi gülməyə
başlayır.)

545
   540   541   542   543   544   545   546   547   548   549   550