Page 541 - 1-ci cild
P. 541
Êøèøòîô Õîèíñêè

Marek. Camaat! Ağlınızı başınıza yığın! Nədən qorxuruq
biz? Bunların elə hədə-qorxu gəlmələri var. Biz çoxuq!

Heç kim danışmır. Arıq çiyinlərini çəkir, sonra
sürücünü itələyir və birlikdə çıxırlar.

Zirək. Arıq!
Arıq (qapının ağzında). Yes!
Zirək. Tut! (Cibindən bıçaq çıxarıb ona tərəf atır.)
Arıq (bıçağı tutub dilini açır). O’key (ardınca qapını örtür).
Çəp (Zirəkə). O pəncərənin qabağında otur.
Zirək. Bu saat. Ürəyim pivə istəyir. (Piştaxtaya tərəf gedir.)

Çəplə Gonbul girişin sol tərəfində otururlar. Çəp siqaret
yandırır, tez-tez saata baxır, hiss olunur ki, əsəbiləşir. Gonbul

əlindəki dəmiri mizin üstünə qoyur.

Mənə bir parç pivə.
Xanım. Pivə yoxdu.
Zirək. Yoxdu? Mənimçün də? (Cibindən bir sikkə çıxarıb
atıb-tutur.)
Xanım (pauzadan sonra). Var, amma yerli pivədir.
Zirək. Bəyəm mən dedim ki, mütləq “Pilsen” pivəsi
olmalıdır? (Bir şüşə pivəni və pulun artığını alıb pəncərəyə tərəf
gedir. Marekin yanından keçəndə yerə dəmir pul atır.) Qaldır onu.

Marek tərəddüd eləyir, altdan-yuxarı Zirəkə baxır, sonra
İnspektora baxır, axırda əyilib dəmir pulu yerdən qaldırır. Zirək
şüşəni mizin üstünə qoyur, bir əli ilə pulu Marekdən alır, o biri

əli ilə onun başına bir qapaz vurur.

Bax ha! Mənim pulumu götürmək istəyir.
Çəp. Zirək, işin olmasın.

541
   536   537   538   539   540   541   542   543   544   545   546