Page 539 - 1-ci cild
P. 539
Êøèøòîô Õîèíñêè
nə istəyirəm, onu da deyəcəksən. (Əlinin içiylə Marekin çənəsinin
altından vurur.) Hə, nə oldu, yenə quldur? Yenə istəyirsən?
Çəp. Boşla, yoxsa başlayar ağlamağa.
Zirək. Qoy bir də cıqqırını çıxarsın!..
Yaşlı adam. Sürücüyə icazə verin, xahiş edirəm sizdən.
Sürücü. Axı adam ölür burda!..
Çəp. Bizdən icazəsiz burdan heç kim çıxmayacaq! Heç
barmağını da tərpətməyəcək!
Arıq (pilləkənlə aşağı düşür). Heç kim yoxdu orda.
Çəp. Yaxşı. (Qapını göstərir.) Bizim tanışımız burdadı.
Yaşlı adam. Cavan oğlanlar! İnsanlıq naminə, xahiş edirəm
sizdən!
Arıq (Sürücüyə). Sən bizlə gedəcəksən?
Marek. Niyə?
İnspektor. Bu, terrordur! Qoluzorbalıqdır!
Marek. Daha mənim şübhəm yoxdu – motosikletçini bunlar
vurub.
Arıq. Tez elə, getdik.
Sürücü (hiddətlə). Sizə kim dedi ki, mən gedəcəyəm?
Gonbul. Bir-ikisini çəkim buna?
Arıq. Dayan.
Sürücü. Getməyəcəyəm! Getməyəcəyəm!
Arıq. Axı heç bilmirsən, səni hara aparırıq?
Zirək. Maşını düzəldəcəksən, vəssalam. Araq pulu da öz
yerində.
Yaşlı adam. Cavanlar! Maşın gözləyə bilər. Amma o oğlan
– mənə dəxli yoxdu ki, onu kim vurub – ölə bilər, dəqiqə söhbəti
var.
Arıq. Gedirsən? Hər şey yaxşı olacaq.
İnspektor (pəncərəyə tərəf qaçıb qışqırır). Kömək edin!
Kömək edin! Kömə…
Çəp (onun ağzını qapayır). Yavaş, İnspektor.
İnspektor (onun əlindən çıxır). Quldurlar!
Çəp. Kəs səsini! Mumla! Ey, Gonbul, o açarla bax bunun
işinə.
539