Page 537 - 1-ci cild
P. 537
Êøèøòîô Õîèíñêè
Sağ tərəfdəki qapıda Marek görünür.
Sürücü. Sizin başınız xarab olub? Belə havada maşın
sürürsüz, amma bir yeri xarab olanda düzəldə bilmirsiz. (Birdən
nəsə yadına düşür.) Hardadı sizin maşın?
Bir anlıq sükut çökür.
Arıq (heç kimə baxmadan, biganəliklə). Uzaqdadı. Not sar.
Sürücü. Bəs kimsəsiz qoymusuz maşını? Qaçırtsalar?
Zirək. Bizə sataşan hələ anasının qarnından çıxmayıb. Sırğa
elə bunu, as qulağından.
Sürücü. Niyə belə “sən”lə danışırsan? Donuz otarmışıq
səninlə bir yerdə, nədi?!
Çəp. Ola bilsin, səninlə çobanlıq eləməmişik. Amma başına
elə oyun açarıq, bundan sonra heç nə otara bilməzsən.
İnspektor. Sizin maşınınız transformatorun yanında
dayanıb?
Arıq. Deyək ki, hə. Sonra?
İnspektor. Onda gərək… (Əsəbidir.) Onda gərək siz burda
bizimlə bir yerdə qalasınız. Mən sizi motosikletçini vurmaqda,
onu yolun ortasında köməksiz qoymaqda, maşınınızın nömrəsini
açıb qaçmaqda ittiham edirəm…
Xanım. Onlar bir az bundan qabaq da gəlmişdi.
Yaşlı adam (İnspektora). Yox, belə olmaz. Siz tanımadığınız
adamları birdən-birə ittiham edirsiniz, özünüz də əmin deyilsiniz
ki, həmin “Varşava” maşını bunlarındı…
Zirək. O-o-o! Görün necə sözlər deyir, qoca! Eşitdin, Karol?
Çəp. Eşitdim.
Zirək. Babacığazımız yaxşı mahnı oxuyur?
Arıq. Yes.
Çəp. İndi daha bu cür şüurlu adamlar azdı. İndi ayrı
zəmanədi.
İnspektor. Zarafatı-zadı boşlayın. Mən tələb edirəm…
537