Page 533 - 1-ci cild
P. 533
Êøèøòîô Õîèíñêè
Çəp (siqaretin kötüyünü yerə atır). Yaxşı, getdik.
Arıq. Bir dəqiqə. Başqa qonaq yoxdu daha?
Xanım. Yox.
Çəp. Hayıf. (Qabağında Zirəki itələyə-itələyə gedir.)
Arıq. Bizə mexanik lazımdı. Əgər maşından başı çıxan bir
adam gəlsə bura, bizi görsün, buralardayıq. (Gedir.)
Marek (pauzadan sonra). Belə-belə işlər…
Xanım. Yaxşı ki siz burdasız. Belə qonaqlarla tək qalmağa
qorxar adam.
Yaşlı adam. Biz elə buna təəccüb eləyirdik ki, siz burda necə
qalırsız. Heç olmasa, köməkçiləriniz olsaydı…
Xanım. Var, bir köməkçim var, cavan qızdı, amma bu gün
kavalerinin yanına gedib. Tez-tez gedir beləcə…
Marek. Daha heç kim yoxdu?
Xanım. Axı bura balaca bir məntəqədi. Deyəsən, elə mən də
atacağam bu işi. Kişi işidi bu.
Marek (pəncərəyə yaxınlaşır). Heç xoşuma gəlmədi onlar.
Yaşlı adam. Bəlkə, şişirdirik bir az?
Marek. Yəqin, siz belə tipləri görməmisiniz. Amma mən
onları tanıyıram.
Xanım. Bu üç nəfəri?
Marek. Yox, bunların taylarını.
Xanım. O hündürü, yaxşı kostyum geymişdi e, bax, o, gözəl
idi.
Yaşlı adam. Axı məni bir başa salın görüm, kimin ağlına
gəlib ki, bu çöl-biyabanda turist məntəqəsi tiksin?
Xanım. Allah bilir. Boş yer görüblər, ağıllarına gəlib, tikiblər
də…
Marek. Heç xoşuma gəlmədi onlar.
Yaşlı adam. Adamlara gərək daha yaxşı münasibət
bəsləyəsən, cavan oğlan…
Mühərrik səsi gəlir.
533