Page 529 - 1-ci cild
P. 529
Êøèøòîô Õîèíñêè

Yaşlı adam. Siz heç, sözün əsl mənasında, qorxmusunuz?
Marek. Bəs siz?
Yaşlı adam. Mən çox.
Marek. Haçan? Müharibə vaxtı?
Yaşlı adam. Təkcə müharibə vaxtı yox. Əlbəttə, bomba
partlayanda dəhşətdi. Amma adam təkcə bomba partlayanda
qorxmur.
Marek. Bəs nədən qorxur?
Yaşlı adam. Misal üçün, müharibədən qabaq, böhran vaxtı
milyonlarla adamı işdən çıxarırdılar, mən də qorxurdum ki, məni
də işdən çıxararlar. Sonralar da çox qorxmuşam. Adamlardan
qorxmuşam, onların fikrindən qorxmuşam. O adamların fikrindən
ki, mənə bir zərəri dəyə bilər.
Marek. Hərə nədənsə qorxur. Hətta deyirlər ki, de görüm,
sən… de görüm, sən…
Yaşlı adam. …Sənin dostun kimdi, deyim sən kimsən.
Marek. Yox. De görüm nədən qorxursan, deyim sən kimsən.
Yaşlı adam. Yaxşı, bunlar məlum. Bəs siz nədən qorxur-
sunuz?
Marek (nəfəsini dərərək). Çox şeydən. Əhəmiyyətlisindən
də, ilk baxışda çox sadəsindən də. Məsələn, qorxuram ki, gücüm
çatmasın…
Yaşlı adam. Gücünüz? Nəyə çatmasın?
Marek. …Ki, biabır olmayım.
Yaşlı adam. Deməli, camaatdan qorxursunuz?
Marek. Hə, elədi. Amma təkcə camaatdan yox.
Yaşlı adam. Onda bəs kimin qarşısında biabır olmaqdan
qorxursunuz?
Marek. Özüm öz qarşımda.
Yaşlı adam. Başqa sözlə desək, istəyirsiniz ki, özünüz
özünüzə sadiq olasınız?
Marek. Hə, belə də demək olar… Özümə sadiq qalmaq.
Yaşlı adam. Bəs başqalarına?
Marek. Bəyəm bu, eyni şey deyil? Sabah burdan necə gedə-
cəksiniz?

529
   524   525   526   527   528   529   530   531   532   533   534