Page 527 - 1-ci cild
P. 527
Êøèøòîô Õîèíñêè
BİRİNCİ PƏRDƏ
Turist məntəqəsi.
Birinci mərtəbədə çox da böyük olmayan bir zal. Qapı düz
qabaqda, pəncərə sağ tərəfdədi, zalın dərinində bir bufet
piştaxtası var və bu piştaxtanın da üstünə radio qoyublar. Sağ
tərəfdə qonşu otağa daha bir qapı var və bu
qapının yanından ikinci mərtəbəyə pilləkən qalxır.
Sol tərəfdə də iki pəncərə var.
Axşamdır.
Marek radioda nəsə tutmaq istəyir. Yaşlı
adam pilləkənlə aşağı düşür.
Yaşlı adam. Nə xəbər var?
Marek. Uçurlar. Düz səkkiz dəfə dövrə vurublar.
Yaşlı adam (fikirli). Mənim hələ o vaxt yadıma gəlir ki,
aeroplanlar təzə-təzə uçmağa başlayırdı.
Marek. Amma indi süni peyklər qaranquş kimi bir şey olub
ötürlər elədən belə, belədən elə… Heç kim də buna təəccüb etmir.
Yaşlı adam. Hə, vaxt gedir… Hər şey dəyişir. Tetroqa tit
aptir…1
Marek. Et nos mutamur in illis…2 Ay zəhrimar! Nuh
əyyamından qalmadı bu radio aparatı. Balaca bir məftil lazımdır.
Yaşlı adam. Siz latınca bilirsiniz?
Marek. Hə, bilirəm.
Yaşlı adam. İşə bax e-e!..
Marek. Bəs mənim iki ayaq üstə gəzməyim sizi
təəccübləndirmir?
Yaşlı adam (bir balaca pərt olur). Yox… mən ona görə
təəccüb etdim ki, müasir cavanlar arasında qədim dilləri
öyrənmək… e-e-e… bir o qədər də yayılmayıb.
1 Zaman dəyişir. (lat.)
2 Biz də bir yerdə dəyişirik. (lat.)
527