Page 531 - 1-ci cild
P. 531
Êøèøòîô Õîèíñêè

Xanım. Gözləyəcəksiz. Ocaq qalayam gərək. (Sağ tərəfə
gedir.)

Marek (pəncərəyə yaxınlaşaraq, köksünü ötürür). Yağır. Ay
zəhrimar! Tətilim də belə getdi! (Pauzadan sonra.) Yağışa bax e!
Görünür, orda – göydə o qədər su var ki, bilmirlər nə eləsinlər.
(Pauzadan sonra.) Yaxşı ki bu yağış kosmonavtlara bir şey eləyə
bilməz!

Yaşlı adam. Hə, elədi…
Marek. Bu Xanım, görəsən, qorxmur burda tək qalmaqdan?
İns-cins deyilən bir şey yoxdu bütün ətrafda. Burdan ən yaxın
kəndə neçə kilometrdi?
Yaşlı adam. Mən də istəyirdim bunu soruşum ondan, amma
ürək eləmədim, qanı qaradı.
Marek. Hər halda, onun həyatında nəsə maraqlı bir şey var,
yəqin, necə bilirsiz?

Birdən-birə qapı açılır və Arıq içəri girir. Əynində boyunluğunu
qaldırdığı göy makentoş var. Ətrafa
nəzər salıb Marekə yaxınlaşır.

Arıq. Bu nədi belə?
Marek. Nəyi deyirsiniz?
Arıq. Buranı də, bu evi?!
Marek. Turist məntəqəsidi. Çöldə elan vurublar.
Arıq (diqqətlə Marekə baxaraq mızıldanır). Toyuq gözü
kimidi gözlərim, qaranlıqda heç nə görmürəm.

Çəp açıq qapıdan içəri girir. Əynində plaş var. Piştaxtaya
söykənib siqaret yandırır. Plaşından
su süzülüb yerə tökülür.

Yaşlı adam. Bəlkə, siz qapını bağlayasınız?
Arıq. Orda bizim bir dostumuz da var. İndi gələcək.
Yaşlı adam. Onda qoy tez girsin içəri, qapını da bağlasın!

531
   526   527   528   529   530   531   532   533   534   535   536