Page 535 - 1-ci cild
P. 535
Êøèøòîô Õîèíñêè

İnspektor. Telefon var burda?
Xanım. Hələ çəkməyiblər.
İnspektor (Sürücüyə). Əlacımız yoxdu, pan Zbışek, gərək
aparasınız onu. Dözə biləcəksiz? İkinci gecədi sükan arxasındasız.
Sürücü. Lazımdısa, dözərəm, pan İnspektor. Xəstəxana
uzaqdı burdan?
Xanım. İyirmi kilometr olar.
Sürücü. Bunun eybi yoxdu. Amma yol çox pisdi.
İnspektor. Vətəndaşlar, həkim var sizin aranızda?
Marek. Mən istəyirdim…
İnspektor. Həkimsiniz?
Marek. Yox, amma mən istəyirdim…
İnspektor. Onda nə boşboğazlıq edirsiz?!
Marek. Yox, amma mən istəyirdim…
İnspektor. Bilmirəm… hər halda, ziyanınız dəyməyəcək
ki…
Marek. Görək də…

İkisi də gedir.

Fotoqraf (kürsüdə oturub əlindəki bağlama ilə yol çantasını
yanına qoyur). Soyuqdu yaman! Belə də yay olar?

Yaşlı adam. Bədbəxt hadisədi, hə?
Sürücü. Hə. Bir də ki, kim bilir… Yox, yəqin, bədbəxt
hadisədi. Yolda bunlara rast gəlib götürdük. Motosiklet
darmadağın olmuşdu, qız da, görürük ki, oturub yolun kənarında,
ağzını açıb bir kəlmə söz də deyə bilmir. Görünür, zərbə çox güclü
olub. İnspektor dedi ki, bunları götürək. Bir az da qabağa gedəndə
gördük ki, bir “Varşava” maşını dayanıb, özü də bir az əzilib.
Nömrələrini çıxartmışdılar, içində də heç kim yox idi. Qapısı
açarla bağlanmışdı.
Marek (qapıdan boylanır). Dərman-zad yoxdu sizdə?
Xanım. Müqəddəs Məryəm, dəli olacağam bu gün mən! “O
var sizdə? Bu var sizdə?” Nə qədər olar axı?

535
   530   531   532   533   534   535   536   537   538   539   540