Page 525 - 1-ci cild
P. 525
Êøèøòîô Õîèíñêè
“Bir gecə əhvalatı” pyesi 1967-ci ildə yazılıb və həmin
dövrdən etibarən bir çox ölkələrin, o cümlədən də, dediyim kimi,
SSRİ-nin müxtəlif teatrlarında tamaşaya qoyulub. Bilmirəm, bu
gün də tamaşaya qoyulur, ya yox və ümumiyyətlə, Kşiştof Xoin-
skinin sonrakı yazılarından da, özündən də məlumatım yoxdur.
“Bir gecə əhvalatı” mühüm etik-əxlaqi və sosioloji-ictimai
problemlər qaldıran psixoloji dramdır: əsərdə əvvəldən axıra kimi
hökm sürən psixoloji gərginlik təsvir olunan hadisənin gərginliyi
ilə vəhdət təşkil edir və bu bədii-estetik vəhdət əsərin proble-
matikasının oxucu-tamaşaçı tərəfindən qavranması və güman
edirəm ki, uzun müddət unudulmaması işində ciddi rol oynayır.

10 dekabr 2016-cı il

525
   520   521   522   523   524   525   526   527   528   529   530