Page 521 - 1-ci cild
P. 521
Êîáî Àáå

Qıvrıla-qıvrıla… Mən onu öz istehkamıyla bir yerdə almışam!
Qız (təlaş içində). Doğrudan, məni almısan?
Kişi. Əlbəttə, almışam… Vəziyyət elə gətirdi ki, mən səni

almağa məcbur idim, hə?
Qız (Xanıma tərəf dönərək fəxarətlə). Hə, hə, məni alıblar!..

Maraqlıdır, görəsən, məndən ötrü nə qədər verib?

Xanım susur.

Kişi. Hər gecə bu qadının istehkamına qəribə-qəribə kişilər
yığışır ki, onun çılpaq bədəninə baxsınlar. Ancaq, məncə, onun
cuşa gəlmiş o kişilərdən zəhləsi getmir. (Qıza.) Düz deyirəm?

Qız (özünü Tosikoya bənzətməyə çalışaraq məsum bir
görkəm almaq istəyir). Əlbəttə… Zəhləm getmir…

Kişi. Maraqlıdır, ata? Niyə o deyir ki, zəhləsi getmir?
Əslində, onun bütün insanlardan zəhləsi gedir… O, həmişə istəyir
ki, çox ucalara qalxsın. Onun xoşu gəlir ki, həmin ucalıqdan başı
üstə yerə uçduğu anların dəhşətini hiss etsin…

Ata. Burax məni…

Ata çömbələrək ora-bura baxır ki, harda gizlənə bilər.

Kişi. Yenə dalğın baxırsan… Tutman artıq bitdi?
Nökər (yalvarışla). O, çox yorulub…
Kişi. Nə qədər ki, yatmayıb, qoy görsün qız necə rəqs edir.
(Qıza.) Musiqi?
Qız. Caz olsaydı, yaxşı olardı…
Xanım. Sən ciddi deyirsən?
Qız. Nəyi?
Xanım. Necə yəni nəyi?! Sən, doğrudan da, burda rəqs
etmək istəyirsən?
Qız (sakit). Hə, rəqs edəcəyəm.
Kişi (maqnitofona işarə edərək). Bu lent, yəqin, yaramır…
Qız. Bəlkə, yaradı?

521
   516   517   518   519   520   521   522   523   524   525   526