Page 517 - 1-ci cild
P. 517
Êîáî Àáå

İşıq saçan müasir küçə görünür.

(Barmağı ilə küçəni göstərərək.) Yadına gəlir, orda alov
görünürdü?.. Yanğınlar şölə saçırdı… Yadındadır? Yanılırsan…
Sadəcə, bu da bir yalan görüntü idi….

Ata neon işıqlarına qərq olan küçəyə baxa-baxa
yerində donub-qalıb.

Yagi, işığı yandır.

Nökər sol tərəfə gedir.

Ata (fəryad içində). Lənət şeytana!.. Bu, yuxudur!..
Kişi. Elə bilirsən, yuxudu? Özünü çimdiklə görək!..

Ata təşviş içində şalvarının balağını qaldırıb ayağını
çimdikləyir. Qəzəblə, elə bil onu aldatmaq istəyirlər,

Kişiyə baxır.
İşıqlar qəflətən yanır.
Ata tələsik gözlərini yumur.
Kişi bir-bir üfürə-üfürə şamları söndürür.

Sən ağır vəziyyətə düşmüsən… Əgər bu, yuxu deyilsə,
nədir? Bunu necə izah etmək olar? Qoy bu, gerçəyə oxşayan yuxu
olsun!.. Çünki yuxuya oxşayan gerçəyi izah etmək, başa salmaq,
anlatmaq çətin məsələdir… Hələ orasını da deməliyəm ki, aero-
dromdan da gəlmişdilər… Burada həqiqət hansıdır, yalan hansı –
baş açmaq müşkül işdir… Bu hələ harasıdır? Bəlkə, müharibədəki
məğlubiyyət də ancaq röya idi, hə?..

Nökər qayıdıb gəlir.

Ata. Yalandır… İftiradır…

517
   512   513   514   515   516   517   518   519   520   521   522