Page 515 - 1-ci cild
P. 515
Êîáî Àáå

Kişi. Həyatı üçün, deyəsən, bir təhlükə yoxdur… (Nökərə.)
Onu kürsüyə qaldır.

Nökər yerdə inildəyən Atanı qaldırmaq istəyir.
Kişi ayağa qalxaraq gedib sağ tərəfdəki qapını açır.

İkiniz də gələ bilərsiz.
Xanımın səsi. İkimiz də?
Kişi. Hə, ikiniz də.

Xanım, onun ardınca da Qız içəri girir.
Qız Tosikonun qiyafəsindədir.

Nökər üz-gözünü turşudur, guya baş verənləri
qınayır və özünü itirib.

Qız. Nə olub? Axı bacı bir az sonra gəlməlidir?
Kişi. Mən qərara gəlmişəm ki, qaydaları dəyişim.
Xanım. Nə üçün?
Kişi. Aerodromdan gəlmişdilər, mən isə özüm bundan imtina
etdim.
Qız (kefikök). Elə buna görə də o, belə şoka düşüb?
Kişi. Üstümə atıldı, mən də onu bir balaca itələdim. O saat
yerə sərildi, qalxmaq da istəmir.
Qız. Gördüz? Mən nə deyirdim?
Kişi. Hə, hər şey sənin dediyin kimi gedirdi. (Nökərə.)
Necədi? Pah!.. Qəzəbli baxışlarına bir bax!.. Yəqin, tutması hələ
keçməyib…
Ata. Alçağın biri!
Kişi. Nə gözəl sözlər!..
Nökər. Belə olmaz axı!..
Kişi. Sadəcə olaraq, biz rollarımızı dəyişmişik. Elə deyil,
ata?
Ata. Sənin ağlın çaşıb?

515
   510   511   512   513   514   515   516   517   518   519   520