Page 519 - 1-ci cild
P. 519
Êîáî Àáå
Ata səndələyə-səndələyə ayağa qalxır və
əsas qapıya tərəf gedir.
Kişi (onu saxlayaraq). Dayan, getmə!
Ata. Qoy bir az dincəlim…
Kişi. Yox, mən sənə imkan verə bilmərəm ki, dincələsən. Nə
qədər ki sən öz istehkamının darvazasını açmamısan, mən səninlə
mübarizə aparacağam. İndi isə başqa bir kart açacağam… Ata,
mənim elektriklə əritmə sobalarım səninkindən beş dəfə çoxdur!
Biz Pakistanda zavod tikmək üçün Amerika metallurgiya şirkəti
ilə müqavilə bağlamışıq. Özügedən toplar, yüngül tanklar istehsal
edəcək zavod. Onların istehsalında, əlbəttə, bizim zavodların
məhsullarından istifadə olunacaq. Hər dəfə konfliktli bir vəziyyət
yarananda sifarişlər də sürətlə artacaq. Konfliktlər isə həmişə ola-
caq. Son vaxtlar siyasətə maya qoymaq çox sərfəli olub!
Ata. Bəsdir! Sən istəyirsən məni dəli edəsən?
Kişi. Qətiyyən! Sənin dediklərin düz oldu. Necə demişdinsə,
hər şey elə də oldu. Bizə ixtiyar verdilər ki, nə istəyirik, edək.
Təkcə inqilabdan başqa… Biz müharibədə həlak olmaqdan başqa
bir ölüm istəmirik. Biz hamıyla düşmənik! Haçansa bizi
öldürəcəklər, ancaq o çağa qədər biz donuz kimi tıxa bilərik.
Nəhayət, mən də başa düşdüm: bütün ətrafın düşmən olanda həyat
necə də gözəldir!.. Ata, sənə ən dərin minnətdarlığımı bildirirəm.
İndi mən atasız da keçinə bilərəm, çünki eynilə sən ola bildim!..
Bunun da təbii nəticəsi nədir? Bilirsən… sənin mövcudluğuna
qətiyyən ehtiyac yoxdur. Daha arvadımın istəyinə də etiraz
etməyə ehtiyac qalmır!.. Xəbərin var, hansı istəyinə? Səni ruhi
xəstəliklər klinikasına göndərmək istəyinə!..
Bütün bu monoloq boyu Ata fasiləsiz olaraq: “Mən qulaq
asmıram… Mən heç nəyə qulaq asmıram…” – deyir.
Ata (heyrətlə). Ruhi xəstəliklər klinikasına?
Kişi. Beləliklə, onu sənə təqdim etmək istəyirəm. Budur,
səni xəstəxanaya göndərmək üçün təkid edən arvadım. (Xanıma
tərəf işarə edir.)
519