Page 511 - 1-ci cild
P. 511
Êîáî Àáå
Ata (həyəcanlı). Uçub gəldilər! İşığa nə olub? Burda kimsə
var? Nə olub?
Nökərin səsi. Bu saat, bir dəqiqə!
Nökər cib fənəri ilə sağ tərəfdən gəlir. Hər şamdanda ikisi ol-
maqla, otağa səkkiz şam düzür. Sonra bir-bir
şamları yandırır.
Ata. Lampalar yanıb?
Nökər. Yox, bütün rayonda elektriki keçiriblər.
Ata. Elektrik stansiyasındakı o tiplər qaçıb?
Nökər. Şəhərin şimal tərəfində üsyandı. Polis məntəqələrinə
hücum edirlər…
Ata. Təyyarələr cənuba uçdular, hə?
Nökər. Tamamilə doğrudur…
Ata. Bunlar yapon hərbi təyyarələridir.
Nökər. Hə, yəqin, siz deyəndi…
Ata. Sən nə mitillənirsən, zəng et!
Nökər. Telefon işləmir…
Ata. Kadzuxiko hardadır?
Nökər. İcazə verirsiz çağırım?
Ata. Çağır.
Nökər sağ tərəfə gedir.
Ata çamadanları bir-bir tərəziyə qoymağa çalışır. Sonra
qəflətən üfürüb şamların yarısını söndürür.
İsrafçılıqdır!
Kişi, ardınca da Nökər gəlirlər.
Kişi. Sən məni çağırmısan?
Ata. Nə oldu? Qərar verdin?
Kişi. Ata, niyə sən tək getmək istəmirsən?
511