Page 507 - 1-ci cild
P. 507
Êîáî Àáå
Xanım. Bundan da səfeh iş olar?! Bu saat bütün bunları
yığışdır!.. Adam baxanda iyrənir!.. Yagi-san, siz həddinizi aşırsız!
Qulluqçu mənə dedi ki, bu əxlaqsız qız çıxıb gedirmiş, onu siz
geri qaytarmısız, hə?
Nökər (pariki çıxararaq). Mənə ağa əmr etdi…
Xanım (sağ tərəfə baxaraq). İndi ordadı?
Nökər. Yəqin… Paltarını dəyişir…
Xanım. Paltarını dəyişir?
Nökər (çəkinə-çəkinə). Hə… Sonuncu dəfə olduğu üçün…
Xanım. Nə sonuncu dəfə?
Nökər. Bu, sonuncu mərasimdir də…
Xanım (şübhə ilə). Siz nə danışırsız? Baş qəhrəman olmaya-
olmaya nə mərasim?
Nökər. Yox, bizim bəxtimiz gətirib… İndicə qoca ağanın
tutması tutacaq…
Xanım təlaşla əsas qapıya tərəf baxır.
Sakit addım səsləri eşidilir.
Xanım. Doğrudan?
Nökər. İstəsəz, özünüz açar dəliyindən baxa bilərsiz…
Xanım (nisbətən sakitləşir). Hər halda, qəribədi… Ona nə
qədər desəz ki, axırıncı dəfədir, nə başa düşəcək?.. Xəstə
adamdır…
Pauza.
Belə çıxır ki, siz istədiyiniz vaxt onu bu vəziyyətə gətirə
bilirsiz…
Nökər. Siz nə danışırsız?! Bu, sadəcə bir təsadüfdür…
Xanım. Axı əvvəllər onun tutması dalbadal olmurdu, elə
deyil?
Nökər. Hə… Doğrudan da, qəribədi… Bəlkə, bu, kabusun
iradəsidir?..
507