Page 505 - 1-ci cild
P. 505
Êîáî Àáå

Qız. Yox. Qorxulu bu deyil, buna öyrəşmək mümkündü.
Qorxulusu başqadı… Odur ki, gərək əvvəl-axır ordan sürüşüb
aşağı düşəcəyini fikirləşəsən… Ancaq nə qədər ki yuxarıdasan,
hər şey əladı!..

Kişi. Bütün bunların mənim dediklərimə bir dəxli yoxdur…
Qız. Amma, məncə, var… Mən ora-bura gedən insanların
canlı sifətlərini görəndə xoş bir həyəcan yaşayıram… Ancaq
yadıma düşəndə ki, yuxarıdan başıaşağı uçanda adam necə hiss
keçirir, mənə elə gəlir ki, o canlı sifətlər, əslində, qəlpdi…
Kişi. Qorxulu fikirlərdir…
Qız. Siz bunu hiss etmirsiz?
Kişi. Bunu təsəvvür edə bilərəm…
Qız. Mənə elə gəlir, biz sizinlə bir şeydə bir-birimizə
bənzəyirik… Əgər mən hamını öz düşmənim hesab etməsəydim,
öz peşəmlə məşğul ola bilməzdim… Mən çılpaq bədənimi ancaq
o zaman idarə edə bildim ki, bütün ətrafdakıları özümə düşmən
gördüm…
Kişi. Ancaq mən, deyəsən, hələ buna hazır deyiləm…

Əsas qapıdan səs eşidilir, elə bil kürsü yerə aşır.

Deyəsən, axır ki, başlayır…
Qız. Sizin yerinizə olsaydım, atamı bu istehkamdan çıxa-
rardım, hamının da qarşısında öyünərdim ki, nəyə nail olmuşam!..
Kişi. Bunu nə qədər demək olar?! Atamı oradan çıxarmaq
mümkün olan iş deyil!..
Qız. Məncə, hansısa bir yol olmalıdır.

Qız Kişiyə doğru gedir. Kişi özünü
kənara çəkir.

Kişi. Mümkün deyil!

Nökər gəlir.

505
   500   501   502   503   504   505   506   507   508   509   510