Page 503 - 1-ci cild
P. 503
Êîáî Àáå
Kişi. Elədir… Mən avaraçılıq eləmirdim…
Qız. Mən sizin kimi varlı olsaydım, əlimə nə keçdi, hamısını
vurub dağıdardım! Amma sizə heç nə etməzdim…
Kişi. Bunlar başqa-başqa şeylərdi.
Qız. Məncə, eynidir.
Bundan sonrakı dialoq bir-biri ilə müsafirlik etməyən
iki nəfərin söhbətinə oxşayır.
Kişi təxmin etmir ki, qız onu başa düşəcək.
Qız isə onu başa düşməyə cəhd də etmir.
Kişi. Mənə qulaq as… Atam, həqiqətən, müharibədə var-
landı… Düzdü, qanuna çox ciddi əməl edirdi… O, kvantun or-
dusunun başçılarına gənə kimi yapışmışdı. Bunun da sayəsində
yavaş-yavaş yeganə bir zavodcuğun yiyəsindən yeddi dənə
elektriklə əritmə sobaları olan nəhəng bir müəssisənin sahibinə
çevrildi… Həm də onun bu müəssisəsi çox məxfi işlərlə məşğul
idi, hərbi sənayeni alüminiumla, ferromarqansla, partladıcı
maddələrlə təmin edirdi… Bura onu da əlavə etmək lazımdır ki,
tikanlı məftillərin arxasında, hərbi keşikçilərin nəzarəti altında
əlillər, səkkizinci Çin ordusunun əsir düşmüş əsgərləri bir sen belə
almadan məcburən işləyirdilər… Sən, əlbəttə, başa düşürsən ki,
onları heyvan kimi işlədirdilər… Ancaq bunlar hələ hamısı
deyil… Atam belə bir fənd işlətmişdi: xammal çatışmadığı üçün
Yaponiyada elektriklə əritmə zavodları bir-bir bağlanırdı, o da bu
cür qazandığı pullarla həmin zavodları alıb, təyyarə hücumlarına
məruz qalmayan dağlıq ərazilərə gətirirdi… Elə bil müharibənin
gedişatını əvvəldən duymuşdu… Nəticədə nə baş verdi? Hər şey
onun fikirləşdiyi kimi də oldu! Əslində, atam dövləti parçalayıb
uddu!.. Ancaq bizim kapitala görə heç kim məni ittiham edə
bilməz… Dövlət nədir? Parçalanıb yeyiləcəyindən məmnun olan
öküz kimi bir şeydir!.. Əgər belədirsə, deməli, öz hakimiyyəti ilə
razı olan xalq da atamın əməllərini düzgün sayıb… Əgər yapon
özünü yapon hesab edirsə, o, atasının əməllərini təmizə çıxarmağa
503