Page 499 - 1-ci cild
P. 499
Êîáî Àáå
8.
Kişi ilə Qız bir-birinə baxır.
Qız. Şeytan əməlidir… Həqiqətən, şeytan əməlidir…
Görkəmindən elə sanballıdır, özünü elə ağayana aparır… Adam
məəttəl qalır ki, əslində, gör necə riyakar adamdır!
Kişi. Yaxşı ki, ikiüzlü deyil…
Qız. İkiüzlü deyil?!.. Elə ikiüzlüdür ki, lap haracan desən!..
Kişi. Əgər “haracan desən”dirsə, deməli, heç sifəti yoxdur.
Qız. Mən zarafat etmirəm… Mənim yaşadığım yerdə də nə
qədər desəz, bu cür tiplər var.
Kişi. O, sənin pulunu verdi?
Qiz. Arvadınız necə, sakit oldu?
Kişi. Sənə görə hirslənməmişdi… Bacımın rolunu oyna-
mağın onun xoşuna gəlməmişdi…
Qız. Şərait yaxşı deyildi də… Birinci dəfə otuz faiz idim,
indi də otuz faiz – deməli, olacaq altmış faiz.
Kişi. Nə?
Qız. Bacınızın altmış faizi olacağam...
Kişi. Hə, belə çıxır…
Kişi yenidən diqqətlə Qıza baxır.
Qız. Həddən artıq çoxdu, hə?
Kişi. Hə, çoxdu…
Kişi gözlərini Qızdan çəkərək gəzişməyə başlayır.
Hər halda, sənə lazımi qədər pul verilib… Əgər sən yüz faiz
bacım kimi olsaydın, arvadım heç cınqırını da çıxara bilməzdi…
Qız. Eybi yox… Mən burda geyinə bilərəm?
Kişi (bir anlığa fikrə gedərək). Hə, olar…
Qız. Çalışanda ki, rolunu ifa etdiyin adama çox oxşayasan,
əksinə olur… Qoy əvvəlcə sifətimdən başlayım…
499