Page 495 - 1-ci cild
P. 495
Êîáî Àáå

Ata öz ətrafında kartlarla dairə düzür.

Nökər. Mən həqiqəti deyəcəyəm… İnanın mənə… Siz
deyirsiz ki, guya mən hansısa bir məqsəd güdmüşəm. Mən bu
sözlərdən çox inciyirəm… Hər şey təsadüf nəticəsində baş
verdi… Yaşlı ağa o vaxt gündən-günə yuxusuzluqdan daha çox
əziyyət çəkirdi. Heç bir yuxu dərmanı kömək etmirdi… Bu azmış
kimi, həmin gün nümayiş oldu. Küçədə oxuyub-oynayırdılar…
Elə mürgüləməyə başlayırdı ki, aşağıdan səslər gəlirdi… Bir
gündə idi, elə yazıq idi ki, onun halına biganə qalmaq mümkün
deyildi… Bax onda mən ona bir az… bir az verdim… Dadmaq
üçün, lap bir az…

Ata. Dadlı şey hanı?
Nökər. Bu saat… Bu saat…
Kişi. Mən soruşuram ki, sən onu necə içirdirdin?
Nökər. Mənə qulaq asın da… Yaşlı ağa bir az içəndən sonra
mənə elə gəldi ki, onun sifəti açıldı… Nələrisə xatırlamağa
başladı… Həmin an eşitdim ki, lap alçaqdan nəsə uçur… Bu, he-
lipokter idi… Yəqin, yuxarıdan nümayişi izləyirdi.
Qız. Helikopter.
Nökər. Mən bəyəm elə demədim?
Qız. Siz “helipokter” dediz.
Nökər. Eyni şeydir!.. Hə, yaşlı ağanın gözləri tamam başqa
cür işıqlandı. O, ayağa qalxıb soruşdu: “Bizim ardımızca hələ
gəlməyiblər? Kadzuxiko hara gedib? Tosiko hardadır?”
Kişi. Bəsdir. Qalanlarını mən o qədər eştmişəm ki, hamısı
qulağımdadır.
Qız. Ancaq mən ilk dəfədir eşidirəm…
Kişi. Sən bilməsən də olar. (Nökərə.) Yaxşı, de görüm, onu
necə içirdirdin?
Nökər. Siz isə deyirdiz ki, guya mən onu bilərəkdən
içirdirəm ki…
Kişi (səbirsiz). Bəsdir!.. Sən ancaq atamın tutmasının ilk
dəfə necə baş verdiyini dedin. Yoxsa elə bilirsən, bununla özünə
bəraət qazandın?!

495
   490   491   492   493   494   495   496   497   498   499   500