Page 491 - 1-ci cild
P. 491
Êîáî Àáå
Kişi yavaş addımlarla əsas qapıya yaxınlaşıb qapını açır və
içəri girmək istəyir, amma qəflətən dayanır.
Püf-f-f… İyə bax da, elə bil balıq iylənib! Adam boğula
bilər… Ata, birdəqiqəliyə bura gəl… Sən hələ yatmamısan? Mən-
də viski var… özü də əlasından, şotland viskisi!.. Yadındadı?..
(Stəkanı ağzına tutaraq, guya içir.) Gəl bir az içək… Hə, nə
deyirsən?.. Gəl bura…
Atanın səsi. Mənə dadlı bir şey verəcəksən?
Kişi. Dadlı bir şey? Sənə ən çox sevdiyin şeyi verəcəyəm…
Gəl adama bir stəkan…
Kiçik pauza.
Niyə belə bədbin görünürsən?
Atanın səsi. Zəngi basmamış çıxsam, Yaginin acığı tuta-
caq…
Kişi. Neynək, onda zəngi çal. Amma tez elə. Fu-u-u… İyə
bax da… Sənin çarpayına balıq içalatı töküblər, nədir?..
Atanın səsi. Sən mənə dadlı bir şey söz vermisən…
Kişi. Gəl, gəl… Əlbəttə, söz vermişəm… Əla bir şeydi…
Pastila? Şokolad? Buyur, ürəyin nə istəyir!..
Atanın mırıltısı eşidilir, elə bil gülür…
Sonra çarpayı cırıldayır…
Kişi geri çəkilir.
Zəng çalınır və ata güclə yeriyərək gəlir.
Kişi qapını bağlayır.
Ata. O dadlı şeyi ver görüm.
Kişi (stəkanı ona uzadır). Al, sən bunu çox xoşlayırsan…
(Divanı göstərərək.) Gəl oturaq, içək…
Ata (stəkanı iyləyib geri qaytarır). Yox, bu…
Kişi (onun sözünü kəsərək, nəvazişlə). Ata, biz ayrılırıq…
491