Page 489 - 1-ci cild
P. 489
Êîáî Àáå
dalınca qaçmaq lazım deyil… (Fikirli.) Amma niyə? Niyə mən
bu cür cidd-cəhdlə ondan yapışmışam? Bu alçaqlara qulaq assan,
mən də dəliyəm, çünki hisslərimi söz ilə izah edə bilmirəm ki,
hamıya aydın olsun… (Yenə stəkana viski süzüb başına çəkir.)
Bəyəm o saat hər şeyi yaddaşdan silib atmaq olar? Guya heç nə
baş verməyib?.. Ancaq mənim hər şeyi yaddaşdan silib atmağa
gücüm çatmırsa, heç olmasa, izah etməyi bacarmalıyam… (Əlləri
ilə üzünü qapayır.) Axı niyə, nə üçün? Nə üçün mən o xəyalı
beləcə tutub durmuşam? Mən özüm də çox gözəl bilirəm ki, bu,
yalnız xəyaldır… Ancaq bu xəyalın rişələri mənim ürəyimin
dərinlərinə işləyib… O xəyal mənim üçün gerçəklərdən də
gerçəkdir… Beləcə xəyal tamaşasında mən, nəhayət, əl-ayağımı
uzadıb suya qoyulmuş çiçək kimi rahat ola bilirəm…
Pauza.
Ancaq… ancaq mən bu tamaşa ilə nəyə nail oluram?.. Cavab
axtarıram?.. Ölümcül qorxmuş uşaq cavab axtaran kimi?.. Hə,
görünür, belədi… Mən, doğrudan da, qorxu içindəyəm… (Otaqda
var-gəl edir.) Ancaq səbəb onun dediyi kimi deyil… Tamam
başqadır… Tamam, tamam başqadır…
Kişi ayaq saxlayaraq yenə stəkanı viski ilə doldurur. Bir müddət
diqqətlə stəkana baxır.
Yaxşı! (Gözlənilmədən əsas qapıya tərəf gedir.)
Bu vaxt qapı açılır və Nökər içəri girir. Qapının qarşısında
əyilərək açarı yerinə salmaq istəyir.
Dayan. Açarı bura ver.
Nökər. Bu açarı?
Kişi. Hə, bunu!.. Mən qərara gəlmişəm ki, atamı ruhi
xəstəliklər klinikasına qoyum… İstəyirəm, onunla sağollaşım…
Ona bir-iki söz də demək istəyirəm…
489