Page 485 - 1-ci cild
P. 485
Êîáî Àáå
7.
Qız sağ tərəfdəki qapıdan içəri girir. Viski şüşəsi qoltuğundadır.
Bir əlində stəkan, o biri əlində iki paket tutub. Ayağı ilə qapını
bağlayır. Sonra arxaya çevrilərək bir xeyli açar deşiyindən
baxır. Qulaq asır, sonra tələsik divanın yanına gedir. Görür ki,
çantası yerə atılıb.
Qız (çantasını qaldıraraq). Ay-yay-yay!.. Biabırçılıqdır…
Eybi yox, kədərsiz sevinc olmur, haray-həşir salmaq lazım
deyil… (Əlindəki paketləri çantasına qoyur.)
Kişi addımları səs sala-sala sol tərəfdən daxil olur.
Kişi (ərtafı nəzərdən keçirərək). Yagi hanı?
Qız (sol tərəfdəki qapını göstərərək). Qocanı tualetə apardı.
Kişi (əsas qapını açıb içəri boylanaraq). İyə bax da!..
(Tələsik qapını bağlayır.)
Qız. Bugünkü tamaşa bitdi, hə?
Kişi. Yagi bir söz demədi?
Qız (başı ilə təsdiq edərək). Dedi ki, ola bilsin, sizin atanızı
xəstəxanaya qoysunlar…
Kişi. Boşboğaz!
Qız. Eh!.. Mən bəxtiqaranın biriyəm… Anadan olanda da
mamaçanı düz doqquz saat gözlətmişəm, az qalıb çıxıb getsin,
ancaq onda səsim çıxıb…
Kişi. Sənin könlünə dəymədim?
Qız (şəfqətlə). Daha heç bir ümid yoxdu?
Kişi. Hər şey çox çətindi…
Qız. Viski isə əladı… Görün nə qədər içmişəm?
Kişi. Deməli, möhkəmsən!
Qız. Yox… Bir az da içsəm, lap keflənəcəyəm…
Kişi. İstəyirsən, qalanını da özünlə apar.
Qız. Yox… Yaxşısı budu, mən getməzdən əvvəl bir yerdə
içək. (Stəkanı doldurub Kişiyə tərə uzadır.)
485