Page 483 - 1-ci cild
P. 483
Êîáî Àáå
Xanım. Sənin razılığın, öhdəliyin barədəki sənədi.
Kişi. Öhdəliyim barədə?
Xanım. Atanı klinikaya qoymaq barədə öhdəliyin… Bu, əla
bir addım olacaq, hamı da rahat nəfəs alacaq… Heç kim də buna
görə sənə tənə etməyəcək. Xəstə gərək həkimlərin qayğısı,
nəzarəti altında olsun… Bütün həyatını özünün də əməlli-başlı
izah edə bilmədiyin bir oyuna həsr etmək ağılsızlıqdır.
Kişi (qəflətən saata baxır). Qardaşın indi, yəqin, qəbuldadı!
Kişi iti addımlarla sol tərəfə gedir.
Xanım. Hara gedirsən?
Kişi (arxaya baxmadan). Qardaşının yanına. Heç olmasa,
buna mənim hüququm çatır?
Xanım (onun ardınca gedərək). Nahaq yerə. Daha… başqa
çıxış yolu yoxdur… Sən bunu başa düşmürsən?
İkisi də gedir.
İKİNCİ PƏRDƏ
6.
Zəng çalınır. Sonra əsas qapını döyürlər.
Kiçik pauza.
Yenə uzun bir zəng çalınır. Nökər cəld
sağ tərəfdəki qapıdan gəlir.
Nökər (əsas qapıya tərəf). Bu saat… Bir dəqiqə… (Cibindən
bir dəstə açar çıxarır.)
Bu vaxt sağ tərəfdəki qapı təzədən açılır və Qız içəri boylanır.
O, sağ əlində bir şüşə viski, sol əlində isə stəkan tutub. Hiss
olunur ki, bir az içkilidir.
483