Page 479 - 1-ci cild
P. 479
Êîáî Àáå
iyrənc bir iş görməyəsən deyə qardaşım bu gecə bütün lazımi
sənədləri hazırlayacaq.
Kişi. Sən qardaşınla nə qədər cəhd etsən də, bir şey çıx-
mayacaq… Tamam normal bir adamı…
Xanım (onun sözünü kəsərək). Sən buna əminsən? Ruhi
xəstəni əmlak hüququndan məhrum etmək, sən demə, çox asan
imiş, heç məhkəməyə də vermək lazım deyil.
Kişi. Ruhi xəstə?
Xanım. Sən demək istəyirsən ki, belə deyil?
Kişi susur.
Hətta it kimi sənə sadiq olan Yagi də şahid kimi ifadə
verəcək.
Kişi. Boş-boş danışma!
Xanım. Bəlkə, özün onu çağırıb soruşasan?
Kişi. Mənə yox, bütün bunları fikirləşib quraşdıran adama
dəli demək olar!.. Qadın hər şeyi qadın-kişi münasibətləri ilə
ölçüb-biçir.
Xanım. Başqa münasibətlərlə ölçüb-biçməkdən danış
görək!..
Kişi. Ağlı başında olan adam görər ki, bizim mərasimin
qəhrəmanı mənim bacım deyil. Sən bunu çox gözəl bilirsən. Hər
bir uydurmanın da səddi olmalıdır.
Xanım. Uydurmanın?
Kişi. Rol oynamaqdan ötrü bu qızı cəmi-cümlətanı
iyirmidəqiqəliyə bura gətirtdim ki, bədbəxt atamın əzablarını bir
az yüngülləşdirsin. Buna görə belə hay-küy qaldırmağa dəyməzdi.
Xanım. Sən fikirləşirsən ki, belə sözlərlə həkimi aldada
bilərsən? Hər halda, şəxsən məni bu sözlərlə aldada bilməzsən.
Kişi. Özün soruşdun da. Bəs sən necə cavab almaq is-
təyirsən?
479