Page 475 - 1-ci cild
P. 475
Êîáî Àáå
Xanım. Axı sən niyə belə qorxursan?
Kişi. Qorxuram?
Xanım. Axı mən səni tanıyıram… Yəqin, Pakistan tərəfin
şərtləri sənin xoşuna gəlmir. Ona görə xoşuna gəlmir ki, silah is-
tehsal etmək lazım olacaq, hə?
Kişi (soyuq-soyuq gülümsəyərək). Sən bizi həddən artıq
yüksək qiymətləndirirsən. O can üstə olan zavodlar ki atamdan
bizə qalmışdı, onlar ancaq Koreya müharibəsi sayəsində həyata
qayıtdılar. Odur ki, özümüzü elə aparmayaq ki, guya dünyanın ən
nəcib adamlarıyıq…
Xanım. Sən mütləq bu qəbulda iştirak etməlisən. Mən
istəmirəm ki, sənə görə qardaşımın yanında biabır olum.
Kişi. Sən başa düşmürsən ki, nə qədər istəyirsən dostcasına
davran, yaxşı münasibət göstər, təkcə bununla Pakistan şirkəti ilə
müqavilə bağlamaq mümkün deyil? Bu, elə bir sazişdir ki, ancaq
hesablamalardan asılıdır. Kimin təklifi daha sərfəli olsa, onunla
da müqavilə bağlayacaqlar. Onlarla heç bir stəkan su da içməyə
bilərsən, amma müqaviləni sənlə bağlayarlar. Ya da onlarla mi-
lyon qəbulda ola bilərsən, ancaq sənlə müqavilə bağlamazlar.
Xanım. Bəyəm qarşılıqlı inam deyilən bir şey yoxdur?
Müqavilə bağlamaq istədiyin insanın xarakterinə bələd olmasan,
hansı sazişdən söhbət gedə bilər?
Kişi. Bu, ancaq bəhanədir!
Xanım. Bəhanə?
Kişi (get-gedə səbri tükənməyə başlayır). İnsan xarakteri…
Əgər, doğrudan da, belə bir şey varsa, çox istərdim ki, onu mənə
göstərsinlər… Yalnız sövdədir, haqq-hesabdır, vəssalam! Sən
buna şübhə edirsən? Bunu başa düşən adama da qorxaq deyirsən...
Belə də ikiüzlülük olar? Əgər bu dünyada qorxmalı iki adam
varsa, o da sənlə qardaşındır!
Xanım. Sən niyə belə əsəbisən?
Kişi. Əsəbiyəm? (Özünü ələ alaraq.) Sadəcə əsəblərim bir
az əldən düşüb… Beynim dincəlmək istəyir…
475