Page 471 - 1-ci cild
P. 471
Êîáî Àáå

Qız (tələsik razılaşır). Yaxşı, yaxşı… Özüm həll edərəm.

Qız çantasını götürür.

Kişi. Gedirsən?
Qız. İcazə verin, sizə ən xoş arzularımı bildirim.
Kişi. Əgər vacib bir işin yoxdursa, bəlkə, nəsə yüngül bir
şey içəsən?
Nökər (tənə ilə). Birazdan doqquzun yarısıdır. Yəqin, Xanım
artıq sizi gözləyir…
Kişi (narazılıqla saata baxır). Qoy gözləməsin. Özü dedi ki,
əgər mən doqquzun yarısına qədər çatdırmasam, tək gedəcək.
Qız. Mənim elə bir işim yoxdu, ancaq…
Kişi. Onda gedək mənim otağıma. Çaxır içirsən?
Qız (həvəslə). Mən nə desəz, içirəm!

Kişi ilə Qız sağ tərəfə gedir.

Nökər (qapının açar deşiyindən baxaraq donub-qalır). O-
o-o!.. Bax e!.. Gör necə fahişədi!.. Amma mənim heç bir təqsirim
yoxdu!.. Kaş ki əvvəldən biləydim!.. (Şamları yığışdırır.)

4.

Sol tərəfdən Xanım daxil olur.

Xanım (ətrafa baxaraq). Hanı o? Verdin?
Nökər (özünü ələ alır). Hə-ə-ə… Bu saat…
Xanım. Nəylə məşğuldu?
Nökər. Hə-ə-ə… İndi…
Xanım (divanda qadın əşyalarını görərək). İndi? Nə indi?
Nökər (dili dolaşa-dolaşa). İndi də… yəni gələcək işlər
barədə danışıb qurtaran kimi…
Xanım (dərindən nəfəs alaraq sakit). Danışıb qurtaran kimi?
Bu nə sözdü belə? Bəyəm hər şey danışılmayıb?!

471
   466   467   468   469   470   471   472   473   474   475   476