Page 469 - 1-ci cild
P. 469
Êîáî Àáå

vitaminlər, dırnaqtəmizləyən, dəyişək, üz üçün losyon, plastır…
(Qəmzə ilə.) Yaxşı yapışqanlı plastır. Bilirsiz, ondan mən necə
istifadə edirəm?

Kişi. Y-yox…
Qız. Corab rezinlərinin əvəzinə. Rezinlərin yeri qalandan
sonra gec keçir…
Kişi. Hə-ə-ə… Plastır əziyyət vermir?...
Qız. Nə edim?.. Gərək dözəsən də… Mənim varım-yoxum
– mənim bədənimdir…
Kişi (qətiyyətsiz). Sən hansısa teatrda işləyirsən?
Qız. A-a-a… Sizin xəbəriniz yoxdu?
Kişi. Mən hər şeyi Yagiyə tapşırmışdım…
Qız. Mən rəqqasəyəm. Striptiz…
Kişi (karıxmış). Hə, belə de…
Qız (pıçıltı ilə elə bil dua oxuyur). Əxlaqsız, pozğun, şəhvətli
bir qadın… Donunun altında tamam çılpaq… Səhərdən-
axşamacan yalnız ikinəfərlik çarpayı haqqında düşünən bir
qadın… Darıxmağı, sıxılmağı, bıqmanı dağıdıb yox edən bir
qadın… Hamının xəyalında sevmək istədiyi qadın…
Kişi. Hamı, yəni kim?
Qız. Doğrudan da, kim?
Kişi (özünü itirmiş halda). Mən yaxşı başa düşürəm ki, sən
nədən danışırsan, ancaq…
Qız (onun sözünü kəsərək). “Gör necə candı?!.” Mənim
rəqsimi görən hər kişi belə düşünür… Mən əynimdəkiləri
soyunmağa başlayanda onlar da elə bil mənimlə birlikdə
soyunurlar, şalvarları da gözgörəti şişir… Bəyəm bu, xoş deyil?
Kişi (xırıltılı səslə). Kişi ilə qadın… həmişə belə olur da…
Qız. Hə… Ancaq arada fərq də olur… Misal üçün, çılpaq
arvad, yaxud sevgili ehtirasdan qıvrıla-qıvrıla rəqs edə bilər… Biz
isə rəqs edəndə soyuq oluruq. Bilirsiz niyə? Çünki biz heç kimə
məxsus deyilik, azadıq, bizim yiyəmiz yoxdur. Kişi də ancaq…
ancaq o vaxt ki heç kimə məxsus olmayan qadını öz malı edir, o
zaman onun özü də daha heç kəsə məxsus olmur… Bu – başqa
şeydir…

469
   464   465   466   467   468   469   470   471   472   473   474