Page 473 - 1-ci cild
P. 473
Êîáî Àáå
Xanım (məkrli). Çəkinməyin. Ərim mənə çox şey danışıb…
Onun atasının hələ ağlı başında olanda siz, Yagi-san, mənim ərimi
çox ələ salmısız… Onu pusmusuz, xəbərçilik etmisiz…
Nökər. Heç vaxt belə şey olmayıb!
Xanım. Ancaq elə ki atası bu vəziyyətə düşüb, onun əmlakı
ilə bərabər, sizin sədaqətiniz də ərimə keçib… Evdəki hər hansı
bir əşya kimi. Bir də ki, mən daha bu məsələyə qayıtmaq
istəmirəm…
Nökər. Mən ancaq…
Xanım (onun sözünü kəsərək). Sədaqət ki var, görünür, onun
təbiəti elə bu cürdür! Sədaqət – iyləyə-iyləyə əsl ağanı tapmaq
bacarığıdır…
Nökər. Mən ancaq… mənə dəstək verdiyi üçün…
Xanım. Ona görə də deyirəm: sakitcə ifadə verə bilərsiz.
Əgər o, əmlak hüququndan məhrum olsa, burada sahibə mən
olacağam. Ərimin kürsüsü ilə birlikdə sizin sədaqətiniz də mənə
keçə bilər, elə deyilmi?
Nökər (karıxmış). Mən başa düşmürəm… Belə qəribə işlər
nəyə lazımdır?..
Xanım. Bunların irsi çatışmazlıqlarını sübut etmək üçün
sizin ifadəniz əvəzedilməz rol oynayacaq.
Nökər. Qoca ağanın xəstəliyi “inkar xəstəliyi” adlanır. Axı
bu, adicə beyin xəstəliyidir…
Xanım (sərt səslə). Əla psixi xəstəlikdir! İnkar xəstəliyi!..
Şizofreniyanın ən tipik növü!.. Bu məqamda oğul da atasının lay-
iqli övladıdır!.. Uzun illər boyu öz arvadını məcbur etdi ki,
mərhum bacısının rolunu oynasın!.. Ancaq mən daha razı ol-
mayandan sonra şübhəli bir rəqqasəni dartıb evə gətirdi…
Nökər (məyus). Axı o, bunu ona görə edir ki, yalnız bu cür
qoca ağanı sakitləşdirmək mümkün olur…
Gözlənilmədən sağ tərəfdə Bethovenin kvartetinin 132-ci musiqi
frazası səslənir. Arabir Qızın gülüş səsləri də eşidilir, elə bil onu
qıdıqlayırlar. Musiqi səsi kəsilir.
473