Page 477 - 1-ci cild
P. 477
Êîáî Àáå

mən qadın deyiləm… Bu kabus oyunu başlamazdan əvvəl
fikirləşirdim ki, sən adicə impotentsən… Bu, mənə bir dərd
oldu… Fikirləşirdim ki, övlad yiyəsi olmağa qadir deyilsən,
mənimlə də ona görə evlənmisən ki, qardaşımın var-dövləti səni
özünə çəkib…

Kişi (süni bir zarafatla). Ola bilər… Yəqin, bunun da rolu
olub…

Xanım. Ancaq təkcə elə bu olsaydı, mən səni ümidsiz adam
hesab etməzdim. Sən mərhum bacının fotoşəklini görəndə tamam
ümidsiz olurdun… Onunla mən bir-birimizə o qədər oxşayırıq ki,
hərdən şübhələnirdim, bəlkə, bunlar elə mənim öz
fotoşəkillərimdir…

Kişi. Əgər söhbət bacımın kimə oxşamağından gedirsə, deyə
bilərəm: anama! O fotoşəkil də sənə oxşayırsa… Axı deyilənə
görə, kişilərdə belə bir meyil var ki, analarına oxşayan qadına aşiq
olsunlar..

Xanım (sərt). Bəsdir təlxəklik etdin!
Kişi. Yaxşı, xahiş edirəm, sözlərini qısa deyəsən.
Xanım (yavaşca, amma elə bil meydan oxuya-oxuya). Sənin
xahişini nəzərə alaram… Sən mənimlə elə rəftar edirdin ki, elə
bil sənin bacını əvəz etməliydim…
Kişi. Tamamilə doğrudur…
Xanım. Yalandır! Əksinə, bacın məni əvəz edirdi.
Kişi. Nə?
Xanım. Çarpayıda sənin yanında mən yox, bacın uzanırdı.
Kişi. Bura bax, axı sayıqlamağın da bir sərhədi var…
Xanım. Bu sayıqlamadı?! Sən impotent deyildin, sən daha
pis idin!.. Sən rəzil idin!.. Əvvəllər mən çox istəyirdim ki, uşağım
olsun… Övlad yoxdursa, bu varidat kimə lazımdır?.. Ancaq mən
uşaq doğsaydım belə, o, sənin bacının uşağı olacaqdı… Mən bunu
fikirləşəndə hər şeydən iyrənirdim… Ona görə də sənə çox-çox
təşəkkür edirəm…
Kişi. Necə bir cəfəngiyyat!.. Sən məni bacımın xəyalına
qısqanırsan?

477
   472   473   474   475   476   477   478   479   480   481   482