Page 481 - 1-ci cild
P. 481
Êîáî Àáå

ərimi qorxudan nədir… Sizə məlum olduğu kimi, bizim şirkət,
əsasən, yarımfabrikat istehsal edir… Bəli, tamamilə doğrudur,
borular, başqa metal məmulatlar… Düzdür, o, elə də oturub
fikirləşən adam deyil, götür-qoy eləsin ki, bizim məhsullarımız
hara gedəcək… Bu məhsullar geniş satış bazarına çıxarılanda
gərək ümumi tələbatın mənzərəsi ilə xüsusi məşğul olasan. Onun
bu cür təşviş doğuran vəziyyətinin səbəbi odur ki, bu adam heç
vaxt özünü azad hiss etmir. O, həmişə kənar qüvvələrdən
asılıdır…

Kişi (istehza ilə). Sən bu məsələni ortaya atmısan ki, zinət
kolleksiyan daha da çoxalsın?

Xanım (ona fikir vermədən). Bu, hələ hamısı deyil.
Cəmiyyətdə bizim kimi özlərinə mövqe qazanmış insanların
taleləri elədir ki, bu dediklərimdən qaçmaq olmaz. Ancaq qəribə
bilirsiz nədir? Hər hansı bir insan təlaş hiss edəndə çalışır ki, bun-
dan yaxasını qurtarsın. Hətta siçan da qəfəsə salınanda ora-bura
vurnuxur ki, canını qurtarsın. Ancaq mənim ərim – əksinə, yalnız
təhlükə qarşısında qorxuya düşmür. O, daha artıq dərəcədə bu
təhlükədən xilas olmaq üçün nəsə bir iş görməkdən qorxur.

Kişi. Dediklərində məntiq var…
Xanım. Əlbəttə, kömək üçün başqa adamlara müraciət
edirsən, əlaqələr yaradırsan, onların sırası çoxalır... Bunu
qardaşımla da danışmışıq, məncə, doğru yol budur… Müəssisələr
nə qədər inkişaf edir, böyüyürsə, təbii ki, hökumət dairələri ilə
əlaqələrin də genişləndirilməsi vacibdir. O zaman bağlanan
sazişlər daha da möhkəm olur, etibar da artır. Söhbət xarici
dövlətlərdən gedirsə, onlarla him-cim etməyi bacarmalısan. İndi
sual olunur: biz məsuliyyət hiss etməliyik, ya yox? Müəssisələrin
nə istehsal etdiyindən asılı olmayaraq, biz rəsmi müqavilələr
bağlayırıqsa, özümüzü müdafiə etmək imkanımız olmalıdır.
Kişi. Tamamilə doğrudur. Biz özümüzü müdafiə etdiyimizə
görə də o müəssisələr hələ işləyir.
Xanım. Yox… Mənim ərim bundan qorxur.
Kişi. Qorxmaq lazım olmayan bir şeydən mən nə üçün
qorxmalıyam?

481
   476   477   478   479   480   481   482   483   484   485   486