Page 467 - 1-ci cild
P. 467
Êîáî Àáå
Nökər (mənalı). Bilirsən, o, bizim gördüyümüz dəlilər kimi
deyil… Bizim bu qoca ağanın xəstəliyinə bəzən inkar xəstəliyi
deyirlər.
Qız (öz makiyajı ilə məşğul olaraq). İnkar xəstəliyi?
Nökər. Universitet xəstəxanasında diaqnozu belə qoy-
muşdular… Onun üçün vaxt, zaman dayanıb… O, bu fikirdədir
ki, vaxt qətiyyən irəli getmir.
Qız. Hm… Onda bu tamaşanın nə mənası var?
Nökər (qətiyyətlə). Bəsdir sual verdin! Axı biz danışmışıq.
Qız (güzgüdə hər tərəfdən sifətinə baxaraq ayağa qalxır).
Bağışlayın, mən onacan sayana qədər siz o tərəfə dönə bilərsiz?
Nökər karıxır.
Qız onun dönməyini gözləmədən çantadan paltarını çıxararaq,
koftasının düymələrini açmağa başlayır.
Nökər tələsik arxaya çevrilir.
Maraqlıdı, görəsən, onun ardınca təyyarə, doğrudan da, uçub
gəlib?
Nökər (narazı). Nə olub-olmayıb, bunun sənə dəxli yoxdur.
Qız. Mən belə fikirləşirəm ki, rolunu inandırıcı oynamaq
istəyirsənsə, gərək bütün təfərrüatı biləsən. Yoxsa…
Nökər (altdan-altdan ona baxaraq). Səndən bircə şey tələb
olunur: onun rəhmətlik qızının rolunu yaxşı oynayasan!
Qız. Sizin üçün hər şey asan görünür…
Qız koftasını çıxarır. Sonra şalvarını geymək istəyir.
Nökər. Yox, elə deyil. Sənin ölüm səhnən çox yaxşı idi.
Birdən sağ tərəfdəki qapı açılır və Kişi cəld içəri daxil olur. İndi
onun əynində pencək var.
Qızı görərək yerində donur.
Qız əlindəki pal-paltarı tələsik sinəsinə sıxır. O, özünü
itirməkdən daha çox, yaranmış vəziyyətdən həzz alır.
467