Page 463 - 1-ci cild
P. 463
Êîáî Àáå

Ata (əzgin). Nə üçün bizim dalımızca gəlmirlər?! Yagi, gör
yenə qərargaha zəng edə bilirsən?!

Nökər gedir.

Kişi (pəncərədən baxaraq). Lap yaxınlaşıblar, parkın
yanındadırlar. Elə bil qarışqa sürüsüdü… Fişəng atırlar… Ona
bax, bir oğlan da orda dama çıxıb, onlara əl eləyir, yəqin,
başçılarıdı. (Geri dönərək.) Ata, gəl bax – əsl cəhənnəmdi.

Ata yerindən də tərpənmir.

Bura, elə bil teatrın parteridir. Öz gözlərinlə görə bilərsən ki,
sənin sevimli qayda-qanunların necə tar-mar olur. Fişəngləri
partladırlar, eşidirsən? Elə bil hamı dəli olub. Onlar
soyğunçuluqla, zorla həmin qayda-qanunların onurğasını
gəmiriblər. Yaxınlaşırlar, lap az qalıb.

Nökər (gələrək). Telefon yenə işləmir…
Kişi. Nə edək, ata? Nökərlərə əmr edək ki, aşağıda
müdafiəyə hazırlıq görsünlər, yoxsa qaçmağa hazırlaşaq? Bizim
bina hər tərəfdən görünür. Nə edək? Tez əmr ver! Doğma qızının
intiharı da təsir etməyən sənin kimi bir adam üçün bu nədir ki?..
Möhkəm ol, ata!

Kişi atasının yaxasından yapışıb bərkdən silkələyir.

Ata (qəflətən). Tosikonu çağırın!
Kişi. Tosikonu?.. Tosiko artıq meyitdir!.. Görmürsən?..
Ata (başını arxaya qaldırıb inildəyir). Mən Tosikonu
çağırıram! Mən istəyirəm Tosiko təsdiq etsin ki… nahaqdı!..
Sənin həyəcanların nahaqdı!
Kişi. Bəsdir, ata! Öz istəyinlə vaxtı dayandırmaq…
Ata (onun sözünü kəsərək). Tosikonu çağırın!.. (Hiss olunur
ki, o, get-gedə zəifləyir.) Tez eləyin!.. Bir dəqiqə də itirmək
olmaz… Tez çağırın… (Səndələyərək, az qalır yıxılsın.)

463
   458   459   460   461   462   463   464   465   466   467   468