Page 461 - 1-ci cild
P. 461
Êîáî Àáå
qızışaraq.) Tez elə, cavab ver. İndi dayanıb fikirləşməyin vaxtı
deyil. Nəyi gözləyirsən? Bəlkə, sən özün mənimlə getmək
istəyirsən? Məncə, bu, həddən artıq pis…
Kişi (onun sözünü kəsərək acı). Bu oldu hədə-qorxu
gəlmək.
Ata. Niyə bir söz demirsən?
Kişi. Bəyəm onun beləcə susmağı əməlli-başlı cavab deyil?
Ata. Sizi bir az ac saxlamaq mümkün olsaydı, onda bilərdiz!
Kişi. Biz, onsuz da, acıq. Anbarda altmış kisə qənd var,
amma bizi nəinki ona əl dəyməyə, heç baxmağa da qoymurlar.
Ata. Bu necə insandır?! Danışığı başdan-ayağa rəzalətdir!
Al açarı. (Cibindən çıxardığı bir dəstə açarın içindən birini seçib
Qıza verir.) Orda nə varsa – hamısı sizə qalır. Qiymətlər dəlicəsinə
artır. Anbardakılar indi əməlli-başlı xəzinədir. Götür açarı.
Qız susur.
(Gözlənilmədən qışqırır.) Sənə deyirəm ki, götür, Tosiko! Nə
dayanmısan şalban kimi?!
Qız əlləri ilə üzünü tutub sol tərəfə qaçır.
Axmaq!
Kişi. Bu nə oyundu, çıxarırsan?... Sən öz rolunu qoyun dərisi
geymiş canavardan da pis oynayırsan!..
Ata (heç kimə müraciət etmədən). Sizin buna haqqınız yox-
dur… Sizin heç biriniz mənim əleyhimə gedə bilməzsiz…
Sol tərəfdə elə bil yerə nəsə ağır bir şey düşür,
sonra qışqırıq səsi eşidilir.
Nökər o tərəfə qaçıb qapını taybatay açır.
Qız yerə sərilib.
Kişi. Nə olub?
461