Page 457 - 1-ci cild
P. 457
Êîáî Àáå

Ata. Sənin gücün mənə yox, bu çamadanlara lazımdır. Bütün
sənədlər buradadır! Bütün əmlak sənədləri, Kanaqavadakı metal
zavodunun sənədləri…

Kişi. Ondan başqa, qırx iki kilo qızıl külçələr… On dörd kilo
platin… Biz müharibəni uduzmuşuq! Hökumət yoxdur. O
sənədlərin indi nə əhəmiyyəti var? Sən kor olmusan!.. Sən son
nəfəsinəcən inanmayacaqsan ki, uduzmusan.

Ata. Bu, təbiidir! İnsan ölməyibsə – deməli, yaşayır!
Kişi. Ancaq mən deyirəm ki, biz daha yaşamırıq! Biz çoxdan
ölmüşük!
Ata. Axmaq! Deyəsən, sən ölməyi çox arzulayırsan…
Kişi. Arzulayıram, ya arzulamıram – məsələ bunda deyil,
çünki bu, faktdır!
Ata. Bəsdir… Yaxşı, qoy biz lap müharibəni uduzmuş olaq
– dövlət ki durur… Dövləti yalnız inqilab məhv edə bilər.
Kişi. İnanmıram… Elə mənimlə bir yerdə oxuyanları götür
– səkkiz nəfər öldürülüb. Bu, hələ mənim bildiklərimdir… Əgər
müharibə belə sadə bir şeydisə, onda niyə bu qədər qan
tökülürdü?.. Səncə, yalnız insanların qanı tökülüb, dövlət isə necə
vardısa, elə də qalıb? Bəyəm bu cür ola bilər?
Ata. Xoşbəxtlikdən, bu müharibədə bizim rəqibimiz
Amerika olduğu üçün, bəli, bu cür ola bilər!
Kişi (istehza ilə). Amerikalılar belə ürəyiyumşaqdırlar da?!
Ata. Hər halda, onlarla bizim ürəyimiz eynidir…
Kişi. Birinci dəfədir belə şey eşidirəm…
Ata. Onlar ictimai qayda-qanuna hörmətlə yanaşırlar. Ürək
dayananda inqilab alovlanır. Onda da hər şey məhv olur.
Kişi. Mən isə yaşayacağam!
Ata. Nə?
Kişi. Burda nə imperator var, nə polis, nə də ordu… Ancaq
mən ki yaşayıram. Dövlətlə nə olur-olsun, əhəmiyyəti yoxdur.
Təki hava ilə yemək olsun.
Ata (istehza ilə). Oğlum da hələ ki ağzına gələni danışa
bilər…

457
   452   453   454   455   456   457   458   459   460   461   462