Page 455 - 1-ci cild
P. 455
Êîáî Àáå
Nökər əlindəki cib fənərinin işığında içəri girir. Zalda dörd
dənə ikigözlü şamdan var. Nökər hər gözə şam
qoyaraq səkkizini də bir-bir yandırır.
Lampalar yanıb?
Nökər. Yox. Bütün rayonda elektriki keçiriblər.
Ata. Lənət şeytana! Elektrik stansiyasındakı o tiplər qaçıb!
Nökər. Şəhərin köhnə hissəsində üsyandır. Deyəsən, polis
məntəqələrinə də hücum ediblər.
Ata (acıqlı). Təyyarələr Cənuba tərəf uçdular, hə?
Nökər. Bəli!.. Bəli!.. (Yuxarı baxır.)
Ata. Yapon hərbi təyyarələridir.
Nökər (qeyri-müəyyən cavab verməyə məcbur olduğuna
görə sıxıla-sıxıla). Hə, yəqin, siz deyən kimidi…
Ata. Orda nə mitillənirsən, zəng et!
Nökər. Telefon işləmir…
Ata (acıqlı). Kadzuxiko hardadı?
Nökər. İcazə verirsizmi çağırım?
Ata. Çağır.
Nökər sağ tərəfə gedir.
Ata çamadanları bir-bir götürüb çəkilərini yoxlayır. Onun üçün
ağırdırlar. Sonra birdən şamların
yarısını üfürüb söndürür.
Kişi, ardınca da Nökər gəlir. Təəccüblə
söndürülmüş şamlara baxırlar.
Ata. Boşuna yandırmaq lazım deyil. Yarısı bəsdir. Hələ
məlum deyil ki, sağ qalanları nə gözləyir. (Kişiyə.) Nə oldu,
Kadzuxiko, qərar verdin?
Kişi. Verdim, vermədim, bunun mənası yoxdur. Sən tam
əminsən ki, dalımızca gələcəklər?
Ata. Əlbəttə! Aerodrom hələ yapon ordusunun əlindədir.
Kişi. Ancaq deyirlər, sabah sovet tank hissələri burda olacaq.
Əllitonluq tanklar! Bəziləri bu ev boyda!
455