Page 451 - 1-ci cild
P. 451
Êîáî Àáå
tələb edirsə, biz, yəni yaponlar, öz ənənəmizə görə, şəxsi
mövqelərimizdən asılı olmayaraq, dövlətimizə xidmət edirik.

BİRİNCİ PƏRDƏ

1.
İşıq yanır.
Böyük bir zal. Hiss olunur ki, çoxdandır bura yığışdırılmır.
Zalın divarlarına bahalı taxtalardan üz çəkilib. Hər iki tərəfdə,
eləcə də zalın aşağı başında
məxmər pərdəli geniş qapılar var.
Qoca Nökər çamadanların tozunu silir. Artıq ikisini təmizləyib,
indi də üçüncünün tozunu alır.
Kişi sağ tərəfdəki qapıdan içəri girir. O, bu mənzilin sahibidir.
Əsəbi şəkildə ətrafı gözdən keçirir.

Kişi. Nə oldu, qurtardın?
Nökər. Hər şey hazırdır.
Kişi (sol tərəfdəki qapıya işarə edir). Qız gəlib?
Nökər. Bəli. Çağırım?
Kişi. Yox, lazım deyil… Sən onu əməlli-başlı başa saldın ki,
nə etməlidi?

Nökər başı ilə təsdiq edir.

Deməli, hər şey qaydasındadı.

Kişi zalın aşağı başındakı əsas qapıya yaxınlaşaraq, qulağını
dirəyib qulaq asır.

Nökər. Elə hey gəzir…
Kişi. Hə… Gəzir…
Nökər. Bir dəfə necə oldusa, onun otağına girdim. Mənə
deyir ki, “püf, bu nə iydi belə səndən gəlir” (Gülür.) Havayı yerə

451
   446   447   448   449   450   451   452   453   454   455   456