Page 447 - 1-ci cild
P. 447
Êîáî Àáå
“31 avqust 1966-cı il.
…Sən demə, Kobo Abe də xaricdən gələn qonaqların
arasında imiş. Mən bunu qonaqlar təqdim olunanda bildim.
“Jenşina v peskax”ı iki ay bundan əvvəl “İnostranka”da oxu-
muşam və bu barədə əvvəlki səhifələrdə yazmışam. Jurnalın o
sayını oxumaq üçün Yaşara (dəqiq xatirimdə deyil, ancaq, yəqin,
söhbət rəhmətlik Yaşar Qarayevdən gedir – E.) vermişəm,
bilmirəm, oxudu, ya yox.
Qonaqlar təqdim olunanda bir-bir ayağa qalxırdılar, zala əl
edirdilər, öpüş göndərirdilər və s. Kobo Abe rəyasət heyətində
ikinci cərgədə oturmuşdu, təqdim olunanda sakitcə ayağa qalxdı,
yavaşca baş əydi və yenə yerində oturdu.
Görəsən, zalda əyləşənlərdən kimsə bilirdi ki, bu sakit (bəlkə,
ilk baxışdan belə görünür? Ya da, bəlkə, mənə belə gəlir?) adam
dahiyanə bir romanın müəllifidir?”
Mən indinin özündə də güman edirəm ki, bir gənclik maksi-
malizmi ilə yazdığım o “dahiyanə” ifadəsi ilə o qədər də mü-
baliğəyə yol verməmişəm.
Aradan bu qədər illər keçməyinə baxmayaraq, mən onun
simasını yaxşı xatırlayıram: eynək taxmış, qalın qarasaçlı bu
adam çox təmkinli – necə deyərlər, “ağır otur, batman gəl!” – bir
insan təsiri bağışlayırdı, hətta çıxış edəndə də Amerika imperializ-
mini ifşa edən əksər odlu-alovlu natiqlərdən fərqli olaraq, çox
sakit, dediklərini ölçüb-biçərək və dediklərinə inanaraq danışırdı.
“Kommunist” qəzeti Kobo Abenin çıxışını ixtisarla dərc edib
və o çıxış konyunkturdan, siyasi pafosdan, təmtəraqlı həmrəylik
nümayişindən uzaqdır. Güman edirəm ki, onun çıxışındakı bu
kiçik hissə az şey demir: “Yer üzündə baş verən hadisələrə yazıçı
qərəzsizliklə, düzgün baxmalıdır. Bu, asan deyildir. Məsələn,
məlumdur ki, faşizmə qarşı mübarizə aparmış fransızlar arasında
elələri tapılmışdır ki, faşistlərin qəddarlığını Əlcəzairdə təkrar
etmişlər”.
Yazıçı qərəzsizliyinin və obyektivliyinin yaxşı nümunəsi elə
Kobo Abenin özü idi.
447