Page 445 - 1-ci cild
P. 445
Êîáî Àáå

yaradır və fantasmaqoriyaya meyil, reallıq ilə qeyri-reallığı vəh-
dətdə götürmək də, bəzi hallarda intellektuallığın bədiiliyə hücum
etməsi, hətta hərdən ona üstün gəlməsi də elə buradan
qaynaqlanır.

Ancaq nəsrdə intellektual təhkiyə bədii istedadın sayəsində
süni görünmürsə, dramaturgiyada bəzən dialoqları təbii danışıq
tərzindən uzaqlaşdırır və biz Kobo Abe dramaturgiyasında, o
cümlədən “İstehkam”da da hərdən bunu hiss edirik. Rəhmətlik
İlyas Əfəndiyev Kobo Abenin nəsri kimi, pyeslərini də çox ma-
raqla oxuyurdu və görünür, özü emosional adam olduğu üçün,
həmin maraqla bərabər, bu pyeslərlə bağlı “ancaq həddən artıq
qurudur” deyirdi.

***
Kobo Abenin pyeslərini oxuyarkən, xüsusən “İstehkam”ı
tərcümə edərkən bəzən məndə elə bir təəssürat yaranırdı ki, bu
əsərlər və konkret olaraq “İstehkam”, bəlkə də, səhnəyə qoyul-
maqdan daha artıq oxumaq üçün yazılıb və güman edirəm ki,
həqiqətən də, teatrlarda bu pyeslərə quruluş vermək o qədər də
asan iş deyil. Yəqin, elə buna görə də Kobo Abe “Abe Studiyası”
yaradaraq, rejissor kimi öz pyeslərinin səhnə quruluşunu özü
verirdi və deyilənə görə, həmin tamaşalar böyük uğur qazanırdı.
Bu pyeslərdə, o cümlədən də “İstehkam”da zahiri hərəkət
azdır, çünki dinamika daxildədir, həm də daxildəki o dinamika elə
də açıq-aşkar görünmür, o – daxildə gizlədilib. Güman edirəm ki,
eyni fikri “İstehkam”dakı bədii-fəlsəfi gərginlik haqqında da
demək olar, çünki burada da gərginlik zahirdən qat-qat çox –
daxildədir və mətnə toxunmadan o daxili gərginliyi üzə çıxarmaq,
onu tamaşanın ana xəttinə çevirmək də rejissordan dramaturq
qədər istedad tələb edir.
Təəssüf ki, mən Kobo Abe pyesləri əsasında heç bir tamaşa
görməmişəm və ümumiyyətlə, onun pyesləri də ruhən bu yazıçıya
yaxın olan Sartrın, yaxud Anuyun pyesləri kimi dünya səhnələrini
dolaşmır. Ancaq bu, Kobo Abe dramaturgiyasının XX əsr dünya

445
   440   441   442   443   444   445   446   447   448   449   450