Page 443 - 1-ci cild
P. 443
Êîáî Àáå
edirdi. Qoqolun Kobo Abe yaradıcılığına təsirini onun “Qum
içində qadın”, “Yad sifət”, “Yandırılmış xəritə” romanlarında,
başqa əsərlərində az, ya çox dərəcədə hiss etməmək mümkün deyil
və bunu özü də etiraf edir. Ümumiyyətlə, deməliyəm ki, klassik rus
ədəbiyyatının, Qoqolun, Dostoyevskinin, Lev Tolstoyun XX əsr
yapon ədəbiyyatına təsiri, az qala, bu ədəbiyyatın – yapon ədəbiy-
yatının milli xüsusiyyətinə çevrilib. Elə yalnız Kobo Abedən
əvvəlki dövrün böyük yazıçısı Akutaqavanın yaradıcılığını,
xüsusən Qoqolun “Şinel”inin bilavasitə təsiri ilə yazdığı “Şirin
kartof sıyığı” əsərini xatırlamaqla, elə bilirəm, bu fakt çox şey
deyir.
Kobo Abe böyük intellektual idi və bu, onun nəsrindəki
təhkiyəsində də, dramaturgiyadakı dialoqlarında da özünü aşkar
büruzə verir. Bu baxımdan Kobo Abe mənə XX əsr dünya
ədəbiyyatında Nabokovu, yaxud Marsel Prustu xatırladır və o,
populyar yox, sözün əsl mənasında elitar yazıçıdır.
Həm populyar, həm də elitar olmaq (misal üçün, Folkner,
yaxud da Bulqakov kimi) böyük ədəbiyyatda o qədər də tez-tez
təsadüf edilən bir hal deyil və Kobo Abe, yenə də misal üçün,
elitarlıqdan daha artıq dərəcədə xəlqi olan Heminquey kimi po-
pulyar deyil, ancaq o da Heminquey kimi öz böyük istedadının
sayəsində XX əsr dünya ədəbiyyatının bədii-estetik keyfiyyətini və
mənəvi-fəlsəfi təmayüllərini müəyyənləşdirən yazıçıdır.
***
Bioqraflarının yazdığına görə, Kobo Abe şəxsi həyatında
hay-küydən, gurşadlıqdan qaçan, adamayovuşmaz bir insan olub
və bunu yazıçı özü də açıqca deyirdi: “Mən insanları sevmirəm”.
XX əsrin böyük yazıçılarından bir çoxunun, misal üçün Cek
Londonun, Maksim Qorkinin, yaxud da elə Heminqueyin (“Qoca
və dəniz”ini xatırlayın), Şoloxovun (“İnsanın taleyi”) yaradıcılı-
ğındakı insan qadirliyinə inam, həyat eşqi Kobo Abe yaradıcılı-
ğına tamam zidd bir bədii təfəkkür ifadəsidir.
Tənhalıq, həyatın mənasızlığı, siyasi-ictimai fanatizm, mili-
tarizm qarşısındakı acizlik, insanın ictimai, siyasi və mənəvi
443