Page 453 - 1-ci cild
P. 453
Êîáî Àáå

Qız kişidən gözünü çəkmir və özü də hiss edir ki, bu, Kişinin
xoşuna gəlmir.

Buranın sahibi sizsiz, hə?
Kişi (könülsüz). Bəli. Xoş gəlmisiz...
Nökər (sərt). Bəsdir demədim?! Dilotu yemisən? Axı
səninlə danışdıq ki, heç nə soruşmayacaqsan.
Qız (nazla qollarını açıb, çevrilərək). Hə, necədi?
Qaydasındadı?

Nökər diqqətlə Kişiyə baxır.

Kişi. Xırda əlamətlərin əhəmiyyəti yoxdur… Ancaq yaxşı
olardı, sən qamətini bir az dik tutasan…

Qız. Fotoda elə sadə görünür ki…
Nökər. Bu nə dırnaqlardı belə? Qırmızı olmaz!
Qız (ürkək). Hə, düzdü!.. Tamam yadımdan çıxıb… (Əsas
qapıya tərəf baxaraq yavaşdan.) Ordadı?
Kişi (saata baxaraq). Saat səkkizə iyirmi səkkiz dəqiqə qalır.
Nökər (Qızı geriyə itələyərək). Yaxşı, bəsdir! Get! Vaxt yox-
dur daha! (Qapını qızın ardınca örtərək Kişiyə baxır.)
Kişi (gözlərini yayındıraraq). Qalan hər şey hazırdı?
Nökər. Hə… (Barmağı ilə Qız olan otağın qapısını göstərir.)
Yarıyır, ya yox? Müdirdən xahiş etmişdim ki, ən qəşəngini
seçsin… Amma bu da, deyəsən, çox boşboğazdı…
Kişi. Dörd dəqiqədən az qalıb. Hazırlaşmağa başlayaq.
Nökər. Baş üstə.
Kişi. İndi gəlirəm.

Nökər sağ tərəfə gedir.
Əsas qapının arxasından addım səsləri eşidilir.
Kişi məhzun bir tərzdə başını aşağı salaraq dayanıb. Yavaş-
yavaş siqaret çəkə-çəkə sol qapıya tərəf baxır və bir neçə addım
irəliləyərək dayanır. Sonra yenə irəliləyir, amma qapının

453
   448   449   450   451   452   453   454   455   456   457   458