Page 459 - 1-ci cild
P. 459
Êîáî Àáå
Çin ordusu o saat peyda olacaq. Şimalda, deyəsən, artıq üsyan
başlayıb. “Şərait…” Nə axmaq-axmaq danışırsan?!
Nökər. Mən onları qorumaqdan ötrü həyatımı verərəm.
Kişi. Yəni sən başa düşmürsən ki, nə qədər boş şeylər
danışırsan?
Nökər. Axı mən…
Kişi. Nə qədər insan, lap milyonlarla olsun, özünü qurban
versə də, heç nəyi dəyişə bilməz. Öz imkanların barədə danışanda
bir az təvazökar ol. Sən – bircə qum dənəciyisən…
Nökər (qətiyyətlə). Mən söz verirəm! Lazım gəlsə, həyatımı
qurban verməyə…
Kişi (acıqlı). Sən eşitmirsən nə deyirəm? Sənin verdiyin söz
kimə lazımdır?
Nökər (qeyri-ixtiyari). Lazımdır… Əlbəttə, lazımdır…
Kişi. Səfehdi də!.. Həyatını qurban vermək, bunun üçün
həyatdan istifadə etməyin yeganə yoludur…
Ata. Gərək belə də olsun. Buna görə də mən onu dartıb ayaq
üstə qoydum. Əvvəllər adicə polis nəfəri idi.
Kişi. Mətləbdən yayınma! Yagi həyatını qurban verməyə
hazır olsa da, anamı və Tosikonu qorumağa gücü çatmayacaq.
Ata. Belə olan təqdirdə, onların dərmanı var.
Kişi (üzünü turşudur). Dərman?
Ata. Özləri buna qərar verib.
Kişi. Bəs, ata, bizim dalımızca gəlməsələr, indiki kimi biz
bir yerdə yaşasaq, onda necə? Sən, yəqin, özünü çox pis hiss
edərdin, hə?
Ata. Boş sözdür! Onlar bizim dalımızca gələcəklər!
Kişi. Gələcəklər, amma gəlməyə də bilərlər. Hələ ki qaranlıq
düşməyib, yapon əsgərləri küçədə keşik çəkirlər. Qaranlıq
düşəndən sonra isə olacaq əsl cəhənnəm… Lap elə bugünlərdə
iyirmi silahlı koreyalı oxuya-oxuya, əllərində də bayraq, tramvay
gedən küçələrlə yürüş keçirmişdi.
Ata. Gələcəklər! Mütləq gələcəklər! Gəlməsələr, onlarla da
haqq-hesab çəkəcəklər!
459