Page 487 - 1-ci cild
P. 487
Êîáî Àáå

Qız qəflətən əlləri ilə üzünü qapayıb
hıçqıraraq ağlamağa başlayır.

(Narahat.) Nə olub? Bəsdir! Ağlamağa bir lüzum yoxdur.
Qız (başı ilə təsdiq edərək özünü ələ alır). Fikir verməyin…
Mən içən kimi ağlamağa başlayıram… Mənim kimi qadınların
hamısı belədir… Hamısı içən kimi ağlamağa başlayır…
(Çantasını götürüb qapıya tərəf gedir.) Nəsə, başım gicəllənir…
Deyəsən, keflənmişəm…

Kişi bir söz deməyərək nəzərləri ilə onu yola salır.

(Arxaya çevrilərək.) Siz nəsə dediz?
Kişi. Yox, yox…
Qız. Bacınızın otuz faizliyinə hörmət əlaməti olaraq, mənim
bircə xahişimi eşidərsiz?
Kişi. Hansı xahişi?
Qız. Mən sizin binanın əsas girişindən çıxmaq istəyirəm.
Doğrusu, mən elə içəri də ordan gəlmək istəyirdim…

Qız yazıq-yazıq gülümsəyərək Kişiyə baxır.
Kişi onu başa düşür.

Oranın qapısı da elə gözəldi… Şəkil də orda şüşədən
düzəldilib, hə? Orda nə çəkilib elə?

Kişi. Neynək, ordan get…
Qız. Oy, nə yaxşı!.. Deməli, pilləkənlərlə aşağı düşüb xalça
salınmış arakəsmə ilə getmək lazımdı?
Kişi. Axıracan, sonra da sağa.
Qız. Qulluqçunuz məni, əlbəttə, saxlayacaq… (Qulluqçunu
yamsılayır.) “Bura baxın, siz burdan yox, arxa qapıdan
getməlisiz!..” Mən də kinodakı ledi kimi: “Xeyr, məhz burdan
getməliyəm!..” – deyəcəyəm. (Sərt.) Məni adam yerinə qoy-
mayanda elə acığım tutur ki!..

487
   482   483   484   485   486   487   488   489   490   491   492