Page 493 - 1-ci cild
P. 493
Êîáî Àáå

Ata yazıq-yazıq zarıyaraq belini divanın
söykənəcəyinə sürtür.

Kişi (karıxmış). Degenerat… Elə bil vəhşidi… (Gözlənil-
mədən uca səslə.) Ata, sən ruhi xəstələr üçün xəstəxanaya
gedəcəksən!..

Ata Kişiyə elə baxır, elə bil huşunu itirib.

(İnilti ilə.) Deyəsən, başa düşmür… Öz bədbəxtliyini başa
düşməyən insana can yandırmağın nə mənası?.. Heç mən də ona
can yandırmaq istəmirəm… Bu adama şəfqət lazım deyil… Bu
adam həyatında elə bir iztirab çəkməyib ki, ona şəfqət
göstərəsən… (Sərt şəkildə səsini qaldırır.) Ata, bu dəfə sən yayına
bilməyəcəksən!

Kişi stəkanı viski ilə doldurub Ataya yaxınlaşır. Onu divana
sıxaraq, güclə ağzına viski tökmək istəyir.

Ata. Kömək edin!..
Kişi. Sus!..

Ata Kişinin üzünə tüpürür. Kişi belini
düzəldərək üzünü silir.

Qız Nökərin müşayiəti ilə sol tərəfdən gəlir.

Ata (xırıltılı səslə). Kömək edin…
Nökər (təngnəfəs). Nə olub?
Kişi. Hay-küy salmağa bir səbəb yoxdu… (Qıza.) Mən
istəyirəm ki, siz yenə işinizi görəsiz. Sizinçün nə mənası var
haçan? Elə deyil?
Qız. O-o-o… Əlbəttə. Haçan olur-olsun, mən öz işimi görə
bilərəm. Başqa harda on dəqiqəyə min iyendən artıq qazanmaq
olar?..

493
   488   489   490   491   492   493   494   495   496   497   498