Page 497 - 1-ci cild
P. 497
Êîáî Àáå

üçün zəhər içdi. Yazıq anamın isə xəbəri yox idi ki, nə baş verir...
O yazıq öz taleyinin ümidinə qalmışdı… Burda mənim xoşuma
gələn nə ola bilərdi?..

Nökər. Axı siz bir dəfə də olsun, bunu qadağan etmədiz…
Kişi. Bəsdir. Sən hər şeyi yaxşı başa düşürsən…
Nökər. Əlbəttə, təqsirkar mənəm…
Kişi (özünü saxlayaraq). Bütün bunlar məndən artıq sənə
xoş gəlirdi… Düz deyirəm?.. Sən istəyirdin ki, atamın yalançı
gücünü göstərməklə məni sındırasan… Əvvəllər olduğu kimi,
yenə mənim titrəyə-titrəyə atamın qabağında dayanmağım sənə
ləzzət edirdi…
Nökər (ümidsiz). Siz düz demirsiz… Qətiyyən düz de-
mirsiz…
Kişi. O köhnə əhvalat sənin yadından çıxıb?.. Mənimlə bir
sinifdə oxuyanların hərəsinə gizlincə üç sen verirdin ki, mənim
nə elədiklərimi xəbər versinlər… O, mənə yaxşı dərs oldu…
Nökər. Yaşlı ağa sizə qayğı göstərmək istəyirdi… Həmişə
belə idi…
Kişi. Hə, atam da həmişə belə deyirdi… Sənin ələ aldığın
adamlarda da mənə qarşı şübhə yaranırdı…
Nökər. Nə qədər ki valideynlərin öhdəsindəsən, onlara qulaq
asmaq lazımdır…
Ata. Mən yorulmuşam…
Nökər. Hə, əlbəttə… Bu saat…
Kişi. İşin olmasın! İndi biz yenə də mərasim təşkil edəcəyik.
İndicə sən özün dedin, istənilən vaxt elə etmək olar ki, onun
tutması tutsun. Əgər atamın taleyi səni, doğrudan da, narahat
edirsə, bu sirri aç, görüm onu necə içirdirdin.
Nökər. Yaşlı ağa xəstələnəndən sonra spirtli içkini
xoşlamırdı…
Kişi. Bəs sən nə etdin?
Nökər (cürətlənərək). Müxtəlif təcrübələr etdim… Bir dəfə
kömək eləyən o biri dəfə baş tutmurdu…
Kişi. Məni sənin o təcrübələrinin axırı maraqlandırır.

497
   492   493   494   495   496   497   498   499   500   501   502