Page 501 - 1-ci cild
P. 501
Êîáî Àáå

Qız. Elektrik kimi hisslər?
Kişi. Bəli… Vəhşi bir qəddarlıq hissiyyatı… Hətta rəhmətlik
bacıma bəslədiyim həzin duyğular da bəzən onunla bağlı hər şeyi
darmadağın etmək ehtirası içində yox olur…
Qız. Əgər söhbət zərif bir şüşədən gedirsə, onu sındırmaq
çətin iş deyil.
Kişi. Bəlkə, mən elə ona görə hər şeyi dağıtmaq istəyirəm
ki, bu, çox asan bir işdir?..
Qız. Həddən artıq məhəbbət nifrətdən yüz dəfə qorxuludur.
Kişi. Hə… yəqin, belədir… Görünür, atamın iradəsinə qar-
şı kin-küdurət mənim içimdə bacıma qarşı da ədavətə çevrilib…
Qız (kosmetikasını bitirərək). Necədi? Altmış faizli bacı…
Əvvəlkindən başqadı, hə? Özü də, deyəsən, pis deyil…
Kişi (biganə). Kifayətdi…
Qız. Sizin sözləriniz çox biganə səsləndi…
Kişi. Sən nahaq belə fikirləşirsən…
Qız (elə bil meydan oxuyur). Bunu sübut etmək üçün məni
də şüşə kimi sındırmaq istəyəcəksiz?
Kişi. Bu, taleyin hökmündən asılıdır.
Qız (əllərini qaldırıb, arxasını ona tərəf çevirərək).
Geyinməkdə mənə kömək edərsiz?
Kişi. Xahiş edirəm, mənlə işin olmasın.
Qız. Dirilmiş bacınızın şərəfinə içmək istəmirsiz?
Kişi. Təəssüf ki, viskini apardılar…
Qız. Məndə başqası var.

Qız çantasından butulka çıxarır.
Kişi şaşırıb.

Qız gözaltı ona baxır.

(Sadəlövhcəsinə.) Siz gərək məni bağışlayasız…
Kişi. Eybi yox…
Qız. Mən bunu götürmüşdüm ki, evə aparım… Ancaq
yaxşısı budu, elə burda içək…

501
   496   497   498   499   500   501   502   503   504   505   506