Page 509 - 1-ci cild
P. 509
Êîáî Àáå

Xanım. Bəlkə, özünüzü yaxşı aparasız?
Qız. Bəlkə, siz deyəsiz ki, məni niyə çağırmısız?
Xanım (özünü saxlayaraq). Ərim sizə nə qədər verəcək?
Qız. Dedi ki, bu barədə hələ sövdələşəcəyik… Məncə,
haqqımı lazım olan qədər ödəyəcək…
Xanım. Bəs mən sizə ikiqat artıq versəm, xahişimi yerinə
yetirərsiz?
Qız. Bu baxır xahişə…
Xanım. Mən istəyirəm, bu tamaşa qurtaran kimi siz burdan
gedəsiz.
Qız. Başa düşmürəm. Mən niyə…
Xanım (onun sözünü kəsərək). Çox gözəl başa düşürsüz.
Özü də sizin kimi abırsızcasına yad evə dürtülən, çəkməsini də
çıxarmayan…
Qız (onun sözünü kəsərək). Yaxşısı budu ki, “lüt soyunan”
deyin.
Xanım. Kifayətdir. İkiqat artıq verəcəyəm.
Qız. Sizin o qədər imkanınız var?
Xanım. Dedim ki, özünüzü yaxşı aparın!
Qız. Siz necə də varlısız!.. Yəqin, hər gün də mirvari suyu
içirsiz… Özünüzü mənimlə çılpaq müqayisə etmək istəmirsiz?
Xanım. Belə… Deməli, üçqat artıq versəm də, sizi qane
etməyəcək?
Qız. Mənim içimdə nə xeyir inkişaf edib, nə də şər…
Xanım (gözlərini aşağı dikərək). Sizdən xahiş edirəm…
İslanmış yazıq küçüyə daş atmayın… Əgər mən sizinlə nəzakətlə
rəftar etmədimsə, üzr istəyirəm…
Qız. Yox, lazım deyil. Mənim üzr istəməkdən zəhləm gedir,
başqasının da üzr istəməyindən xoşum gəlmir…
Xanım. Siz ümid edirsiz ki, puldan başqa da ondan nəsə
alacaqsız? Bu olmayacaq!.. Ümid etməyin!
Qız. Baxarıq!
Xanım (ümidsiz). Siz necə də kinlisiz… Çox kinlisiz…
Görəndə ki biz necə ağır vəziyyətdəyik, sevinirsiz… Ancaq bu,

509
   504   505   506   507   508   509   510   511   512   513   514