Page 543 - 1-ci cild
P. 543
Êøèøòîô Õîèíñêè
Çəp. Bilmirəm. Demir. Aktrisalarla mənim o əhvalatımdan
sonra… (O tərəf-bu tərəfə baxıb pıçıltıyla danışmağa başlayır.)
Yaşlı adam (baxışlarını matdım-matdım yerə dikmiş
İnspektora). Özünüzü ələ alın.
İnspektor (diksinir). Bircə dəqiqənin içində…
Yaşlı adam. Başa düşmürəm.
İnspektor. Bircə dəqiqənin içində hər şey alt-üst oldu.
Yaşlı adam. Nə axı?
İnspektor. Hər şey…
Fotoqraf. Sizin sənətiniz nədi?
İnspektor. Tikinti işləri üzrə inspektor.
Fotoqraf. Siz gəlirsiniz, əlinizdə ixtiyar var. Hamı sizə qulaq
asır, qabağınızda dik durur.
İnspektor əlini yelləyir.
Bilirəm, məsələ bunda deyil. Amma hər halda, əlində ixtiyar olan
adamın hörməti də artıq olur. Hamının yanında, ailəsinin, tanış-
bilişinin, işçilərinin, hətta müdiriyyətin də yanında. Sizin işiniz
xidmət mərtəbələrindən, mənəvi dayaqlardan ibarətdir. Sizin
dünyanızı söz idarə edir. Birdən… Budur, etiraz edin. (Yavaşdan
gülür.) Buyurun. Xitabət kürsüsündən, mətbuatdan, radiodan
etiraz səsinizi qaldırın.
İnspektor. Axı dünyada bir ədalət də var.
Fotoqraf. O vaxta qədər ki, lazımdır. Ədalət əbədi deyil ki…
İndi sizin qanadınızı kəsib atıblar dalğaların qucağına.
Yaşlı adam (İnspektora, mülayim tərzdə).Ürəyinizi
üzməyin. (Fotoqrafa.) Siz kimsiniz axı belə?
Fotoqraf. Mən fotoqrafam.
Yaşlı adam. Hə. Bəs burda nə edirsiz? Məzuniyyətdəsiz?
Fotoqraf. Yox, işləyirdim.
Yaşlı adam. Reportaj hazırlayırdız?
Fotoqraf. Məni yaxşı başa düşmədiniz. Fotomüxbir deyiləm
mən. Özüm üçün işləyirəm.
543