Page 547 - 1-ci cild
P. 547
Êøèøòîô Õîèíñêè
Çəp. Dünyanın işlərinə bax e! Pah atonnan!
Zirək. Day demə! Görünür, çox igid uşaqlardı.
Çəp (soyuq). Onu demə, onu de ki, gərək necə kəllən olsun
ki, belə mürəkkəb cihazları idarə eləyəsən!
Zirək. Elədir. Tez elə, tut görək.
Caz səsi gəlir. Hamı diksinir.
Yaşlı adam. Siz Allah…
Zirək yuxarıdan-aşağı onlara baxıb
yavaş-yavaş oynamağa başlayır.
İnspektor. Dəhşətdi!.. Yuxudu, nədi…
Marek. Mən bilmək istəyirəm ki, biz kimik?
Yaşlı adam. Boşlayın, siz Allah…
Marek. Yox, bilmək istəyirəm ki, axı biz kimik? Adamıq,
yoxsa heyvanıq? Bütün dünyada bircə qayğımız var ki, rahatca
qarnımızı doyuzduraq?
Yaşlı adam. Belə sözlərlə öz işinizi də korlarsınız, bizimkini
də.
Fotoqraf. Əsəbləriniz də lap xarab olar.
Marek. Siz gövşəyən heyvanın klassik surətisiniz. Sakit
buraxsınlar sizi, vəssalam!
Fotoqraf (qəmgin gülümsəyir). Sakitlikdən qiymətli nə var,
cavan oğlan?
Marek. Bilmirəm. Bilmirəm. Amma deyəsən, bu gün
biləcəyik nə var.
Fotoqraf. Mən isə çoxdan bilirəm. Buna görə də sizlə
mənim aramda böyük fərq var.
Marek. Deyin də, bilirsinizsə.
Fotoqraf. Sakitlikdən qiymətli heç nə yoxdu!
Marek. Düz deyil!
Fotoqraf. Onda gedin, gedin vuruşun onlarla. Buyurun. Nə
oldu, həvəsiniz yoxdu?
547